XİN-dən yanğın açıqlaması

12:07 | 13.03.2015
XİN-dən yanğın açıqlaması

XİN-dən yanğın açıqlaması

Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycanın Rusiyadakı səfirliyi Kazan şəhərində ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkənlər sırasında Azərbaycan vətəndaşlarının olmasını Rusiya Federasiyası, Tatarıstan Respublikasının fövqəladə hallar xidməti ilə araşdırır.

XİN-dən ANS PRESS-ə verilən məlumata görə, Rusiya Federasiyası, Tatarıstan Respublikasının fövqəladə hallar xidmətinin mətbuat katibi Andrey Rodigenin Azərbaycanın Rusiyadakı Səfirliyinə hadisə ilə bağlı informasiya verib. 

O bildirib ki, hazırkı vaxtda bir nəfər Azərbaycan Respublikası vətəndaşının yanğın zamanı həyatını itirdiyi müəyyən olunub.

XİN-dən bildirilir ki, əlavə məlumat daxil olan kimi kütləvi informasiya vasitələrinə məlumat veriləcək.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM