Ermənistanın siyasi-hərbi rəhbərliyinin yürütdüyü siyasət tamamilə məntiqə zidd xarakter daşıyaraq, sivil və etik davranış qaydalarından kənardır.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri Şavarş Köçəryanın dediklərini şərh edərkən bildirib:
"Hərbi diktatura və səhra komandiri təfəkkürünə əsaslanan bu cür əməllər bütün region üçün təhlükə mənbəyidir. Rəsmi Yerevanın hərbi diktatura rejiminin militarist siyasətinin daha bir nəticəsidir ki, Ermənistan bu gün özünü-təcrid, dərin siyasi, iqtisadi və demoqrafik böhran şəraitindədir.
Qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca Ermənistan tərəfinin atəşkəs rejimini intensiv şəkildə pozmaqda davam etməsi və digər təxribatçı əməllər törətməsi rəsmi Yerevan rejiminin əsl mahiyyətinin növbəti sübutudur”.
H. Hacıyev bildirib ki, Ermənistan rəsmilərinin atəşkəs rejimi, regional əməkdaşlıq və münaqişənin həlli barəsində söylədikləri fikirlər yalnız gülüş və ikrah doğurur.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !