Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın Avropanın Azərbaycanda fikir və mətbuat azadlığının hədəf alındığı, əsassız həbslər həyata keçirildiyi barədə 8 mart tarixli bəyanatını qətiyyətlə rədd edib. Bu barədə XİN-in yaydığı bəyanatda deyilir.
"Bu cür əsassız və qərəzli bəyanatları Azərbaycanın daxili işlərinə, istintaq prosesinə və məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə kimi qiymətləndiririk.
İnsan hüquqlarının kobud şəkildə pozulduğu, baş verən iğtişaşlar zamanı aksiyaçıların öldürüldüyü, qanunvericilik strukturlarında geniş rüşvətxorluq və korrupsiya hallarının yayıldığı, İslamofobia və müsəlmanlara qarşı hücum hallarının geniş yayıldığı, bu, habelə bir sıra digər insan hüquqları pozuntularına qarşı tədbirlər görməyən Fransanın Azərbaycana qarşı iddialar səsləndirməyə heç bir mənəvi haqqı yoxdur. Azərbaycanda fundamental hüquq və azadlıqlar, eləcə də media azadlığı tam olaraq təmin edilir. Bir daha, Azərbaycanın daxili işlərinə qarışmamağı Fransa tərəfindən tələb edirik", - bəyanatda deyilir.
Martın 7-də Daxili İşlər Nazirliyi "Toplum Tv"-nin ofisində axtarış əməliyyat işi aparıb. Nəticədə Toplum Tv-nin ofisi möhürlənib. Bəzi əməkdaşları barəsində həbs qətimkan tədibiri keçirilib, bir qism əməkdaşı isə dindirildikdən sonra sərbəst buraxılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !