• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

XİN-in təsdiq etdiyi məsələyə YAP niyə etiraz edir? - AÇIQLAMA

XİN-in təsdiq etdiyi məsələyə YAP niyə etiraz edir? - AÇIQLAMA
05.06.2014 20:18
Xarici ölkə prezidentlərinin Azərbaycana səfəri çərçivəsində müxalifətlə görüşməsi artıq ənənə halını alıb. 
Fransa prezidenti Fransua Olland və İsveçrə dövlət başçısı Didye Burkhalter ölkəmizə səfəri çərçivəsində Azərbaycan müxalifəti ilə də görüşdü. Lakin bir məqam da diqqətdən yayınmamalıdır. Hər iki ölkə rəhbəri Azərbaycana səfəri zamanı YAP nümayəndələri ilə görüşmədi. Düzdür, YAP sədri, dövlət başçısı İlham Əliyevlə onsuz da görüş olur. Amma o da bəllidir ki, bu görüş dövlət başçıları səviyyəsindədir.
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov təmsil etdiyi partiya nümayəndələrinin müxalifətlə birgə xarici ölkə prezidentləri ilə görüşməməsi barədə sualları cavablandırıb.
YAP funksioneri Modern.az saytına açıqlamasında bildirib ki, ölkə prezidenti YAP sədri olduğundan və həmin dövlət başçıları ilə görüşdükdən sonra digər partiya rəsmilərinin görüşünə ehtiyac qalmır. YAP rəsmisi xarici ölkə rəhbərlərinin müxalifətlə görüşməsini də şərh edib. Onun sözlərinə görə belə görüşlər daha çox xarici ölkə başçıları müxalifətlə etika xətrinə görə görüşürlər. “Onların Azərbaycanın ictimai-siyasi həyatına təsir edə biləcək imkanları yoxdur. Bu baxımdan həmin dövlət başçılarının keçirdiyi görüşlər öz ölkələrinin imicini qorumaqdan ötrüdür. Onlar müxalifətlə və digər QHT nümayəndələri ilə görüşlə guya demokratik təsisatlarla təmasda olmaq təsəvvürü yaradırlar. Müxalifət isə bundan istifadə etməyə çalışır. Onlar bu vasitə ilə özlərinə tərəfdar yığmaq istəyirlər”.  
Bəs niyə görə həmin görüşləri Azərbaycan XİN təsdiqlədiyi halda, hakim partiya bu toplantılara etiraz edir. YAP təmsilçisi bu suala isə belə cavab verib: “Onlara görüş proqramı verilir və burada müəyyən məsələlər təyin olunur. Bu proqramlar həmin ölkələrin özlərinin sistemlərinə uyğun tərtib olunur”.  
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Siyasət 14:38
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib
Siyasət 14:29
Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib
Prezident venesuelalı həmkarını təbrik edib
Siyasət 11:25
Prezident venesuelalı həmkarını təbrik edib
İlham Əliyev Xankəndidəki 17-ci Zirvə görüşündən paylaşım edib
Siyasət 22:50
İlham Əliyev Xankəndidəki 17-ci Zirvə görüşündən paylaşım edib
Pezeşkianın Azərbaycana səfəri başa çatıb
Siyasət 20:11
Pezeşkianın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Siyasət 19:00
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Prezident Xankəndidə Ərdoğanla görüşüb
Siyasət 18:55
Prezident Xankəndidə Ərdoğanla görüşüb
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
Siyasət 18:04
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
XankəndidəECO 17-ci Zirvə görüşü başa çatıb
Siyasət 16:40
XankəndidəECO 17-ci Zirvə görüşü başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol