"Ermənistan rəhbərliyinin və xarici işlər nazirinin isterik və təşviş dolu çıxışları, əslində, kriminal rejimin keçirdiyi qorxu və daxili sarsıntının göstəricisidir”
"Ermənistan xarici işlər nazirinin 2014-cü ilin yekunlarına dair gecikmiş hesabatı çarəsiz şəkildə Ermənistanın uğursuz xarici siyasətinə bəraət qazandırmaq cəhdindən başqa bir şey deyil”.
Bunu APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmәt Hacıyev deyib.
Onun sözlərinə görə, Ermənistan xarici işlər naziri anlamalıdır ki, xarici siyasət və diplomatiya düşmənçilik və nifaq aparmaq, ərazi iddiaları irəli sürmək və işğalçılıq siyasəti aparmaq vasitəsi deyil: "Xarici siyasət ilk növbədə ölkənin dostlarının və tərəfdaşlarının sayının artmasına və qonşu dövlətlərlə mövcud problemlərin sivil qaydada həllinə xidmət etməlidir.
Ermənistanın kriminal-oliqarx hərbi diktatura rejiminin yürütdüyü məsuliyyətsiz siyasət nəticəsində Ermənistan təcrid olunmuş bir dövlətə çevrilib, bu da hərbi diktatura rejimləri üçün xarakterik haldır.
Ermənistanın hərbi diktatura rejiminin rəhbərliyinin feodal və arxaik təfəkkür əsasında yürütdüyü siyasət nəticəsində Ermənistan dərin siyasi, iqtisadi və sosial böhran şəraitindədir və kütlələrin narazılığı ifrat həddə çatıb.
Ermənistan rəhbərliyinin və xarici işlər nazirinin bu gün etdikləri isterik və təşviş dolu çıxışları isə əslində kriminal rejimin keçirdiyi qorxu və daxili sarsıntının göstəricisidir. Bu siyasətin davam etməsi nəticəsində Ermənistanın üzləşdiyi tənəzzülün ifrat həddə çatması labüddür”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !