Məkkədə baş vermiş hadisədə zərər çəkənlər arasında Azərbaycan Respublikası vətəndaşlarının olub-olmaması məsələsi Səudiyyə Ərəbistanındakı səfirliyimiz tərəfindən bu ölkənin rəsmi dövlət qurumları ilə araşdırılır.
Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Qeyd edək ki, Kəbədə qaldırıcı kranın aşması nəticəsində son məlumatlara görə, 107 nəfər ölüb, azı 238 nəfər xəsarət alıb. Uzunluğu 50-55 metr olan kranın aşma səbəbinin fırtına olduğu bildirilir.
Hazırda Məkkədə Ümrə ziyarəti həyata keçirilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !