XİN: Rusiya Ukraynadakı həmvətənlərini qorumaq hüququnu özündə saxlayır

19:27 | 14.03.2014
XİN: Rusiya Ukraynadakı həmvətənlərini qorumaq hüququnu özündə saxlayır

XİN: Rusiya Ukraynadakı həmvətənlərini qorumaq hüququnu özündə saxlayır

Kiyev hakimiyyəti ölkədəki vəziyyətə nəzarət edə bilmir, Moskva belə vəziyyətdə Ukraynadakı həmvətənlərini qorumaq hüququnu özündə saxlayır. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin martın 13-də Donetskdə baş vermiş hadisələrlə bağlı bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Biz dəfələrlə bəyan etmişik ki, Kiyevdə hakimiyyətə gələnlər silahlıları zərərsizləşdirməli, əhalinin təhlükəsizliyini və insanların nümayiş keçirmək hüququnu təmin etməlidirlər. Hadisələr göstərir ki, sadalananlar baş vermir və Kiyev ölkədəki vəziyyətə nəzarət edə bilmir".

Xatırladaq ki, dünən Ukrayna və Rusiya əleyhdarları arasında baş vermiş kütləvi dava zamanı 1 nəfər ölmüş, 28 nəfər isə xəsarət almışdı.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM