XİN - Zəruri olmadıqca İrana səfər etməyin - XƏBƏRDARLIQ

11:04 | 31.01.2023
XİN - Zəruri olmadıqca İrana səfər etməyin - XƏBƏRDARLIQ

XİN - Zəruri olmadıqca İrana səfər etməyin - XƏBƏRDARLIQ

Azərbaycan Xarici İşlər Nazirliyi zəruri olmadığı halda vətəndaşları İrana səfər etməməyi tövsüyə edib. Bu barədə Nazirliyin rəsmi məlumatında bildirilib. 
 
Bildirilib ki, Hal-hazırda İran İslam Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarına mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri tövsiyə olunur. 
 
İran İslam Respublikasındakı vətəndaşlarımızın konsulluq və digər müraciətləri üçün Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:
 
ÜNVAN: Təbriz, Vəliəsr, Arif küçəsi 9
TEL: (+98413) 333 48 03
FAKS: (+98413) 331 53 80
E-MAIL: [email protected]
WEBSITE: tabriz.mfa.gov.az 
 
Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İrandakı Səfirliyinə qarşı silahlı terror hücumu olub. Terror aktı nəticəsində səfirliyin mühafizə xidmətinin rəhbəri Əsgərov Orxan Rizvan oğlu şəhid olub və iki nəfər yaralanıb. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb