Bəhram Bağırzadə
Hazırda 1898 şagirdin oxuduğu və 126 pedaqoqun dərs dediyi bu məktəbə düşmək istəyənlərin sayı çoxdur. Valideynlər övladlarının hərtərəfli təhsil almasını arsulayırlar, pedaqoqlar isə yeni metodika qaydalarını öyrənmək üçün buranın yaxşı təcrübə olacağını fikirləşirlər. 2014-cü ilin aprelindən bəri bu məktəbə rəhbərliyi gənc və enerjili Yuliya Kərimova edir, onun özünəəminliyi peşəkarlığından, prinsipləri isə böyük təşkilatda işləməsindən qaynaqlanır. Bu gün o bizim həmsöhbətimiz olacaq.
- Yuliya xanım, məktəbə şagird götürmək prinsipləri barədə bizə məlumat verərdiniz.
- Biz Bakıda fəaliyyət göstərən tək-tük məktəblərdənik ki, müraciətlər tələblərimizi aşır. Məsələn, keçən il övladını birinci sinifə yazdırmaq istəyən valideynlərin sayı 495 idisə, bu il 530-dan çox oldu. Biz Təhsil Nazirliyinin qoyduğu çərçivələr əsasında fəaliyyət göstəririk, müraciət edən şagirdin yaşadığı bölgəni nəzərə alırıq. Ona görə də 2014-15 ci-illərdə məktəbimizin dislokasiyasında yaşayan və qəbul üçün müraciət edənlərin demək olar ki, hamısı birinci sinifə qəbul edildi. 2014-cü ilin iyulundan məktəbimiz nazirliyin tabeliyinə keçdi və şagird qəbulunun müsabiqə yoluyla keçirilməsi barədə qərar qəbul olundu, bununla belə, yaşayış ərazisi prinsipi də olduğu kimi qaldı. Bildiyiniz kimi birinci sinifə qəbul üçün elektron qeydiyyat da işə salındı, nəticədə valideynlərin bir məktəbdən çox seçim imkanları vardı. Və bizə əvvəlcə dediyim kimi 530 nəfər müraciət etdi. Uşaqların hamısı məktəbizimin dislokasiyasında yaşamırlar, ona görə də biz obyektiv səbəblərdən dolayı, - sinif, müəllim sayı və s. - onların hamısını qəbul etmək iqtidarında deyilik. Bu il müsabiqə iki turdan ibarət idi. Birinci tur – yazılı idi, burada olduqca sadə tapşırıqlar yer almışdı, məqsəd uşaqların tapşırıqlara konsentrasiya olunmasını, instruksiyaları başa düşmək və başa salmaq, detallara diqqətlilik, həll olunmağa başlanan məsələni sona qədər etmək, anlaşılmayan nəsə olsa sual vermək kimi bacarıqlarını yoxlamaq idi. Bunun üçün biz uşaqlara olduqca sadə suallar verirdik, onlar anaları ilə birgə bunları istənilən dərslik kitabında tapa bilərlər. İkinci tur isə şagird olmağa hazırlanan uşağın inkişafını daha dərindən diaqnostika edirdi, biz uşağın şifahi nitqinin inkişafını, lüğət bazasını və s. sınaqdan keçirirdik. Bizim üçün onun sosial məsələlərdə nə qədər bacarıqlı olduğunu yoxlamaq da əhəmiyyətli idi, məsələn, uşaq evinin adresini bilirmi, hansısa informasiyanı ailəsinə nə qədər dəqiqliklə çatdırır, həmçinin uşağın psixo-emosional inkişafı nə yerdədir, uşaq yad mühitdə özünü necə aparır, nə qədər sərbəstdir, böyüklərin köməyi olmadan nə qədər keçinə bilər, o, müəyyən məsuliyyətlərinin olduğunu dərk edirdmi və s. Uşaqları sınaqdan keçirən münsiflər heyətində məktəb psixoloqu, ibtidai sinif pedaqoqları təmsil olunurdular, mən özüm də çalışıram bu turda iştirak edim ki, prosesin necə keçdiyinə diqqət yetirim.
- Sosial şəbəkələrdə valideynlərin, hətta pedaqoqların kurrikulum proqramının ağır olması barədə tez-tez şikayət şərhlərinin yazıldığını görürük. Məktəbinizdə belə problemlər varmı?
- Kurrikulum - məktəb islahatlarına daxil olan dərs proqramıdır, ilk növbədə o, təhsil alan kəsin konkret, əvvəlcədən qərarlaşdırılmış təhsil prinsipləri əsasında fərdi inkişafını nəzərdə tutur. Yeni dərs proqramı kurrikulumu tədrisdə yeni prinsiplər təklif edir. Əvvəlcə bu prinsipləri başa düşmək vacibdir, sonra isə onların əsasında təcrübə qurulur. Şagirdlərlə problem olmasın deyə, pedaqoqlar hazır və kompetent olmalıdırlar. Bunun üçün isə pedaqoqlar peşəkar kimi formalaşmalıdırlar, bunun üçün iki şey tələb olunur: məktəbin tələb etdikləriylə bərabər peşəkar inkişaf üçün nəyin lazım olduğunu dərk etmək, həmçinin dünyagörüşü artırmaq və yenilikləri öyrənmək üçün şəxsi istək. Çoxları elə düşünür ki, onları necə öyrədiblərsə, elə də davam etməlidirlər, dəyişiklik nəyə lazımdır? Məhz belələri üçün yeniliklər çətin və pisdir. Mən vurğulamaq istəyirəm ki, "Milli Kurrikulum” haqqında sənəd 2006-cı ildə qəbul edilib, 2008-ci ildən icrasına başlanandən bəri ölkəmiz irəliyə doğru çox ciddi bir attım atıb, bununla biz təhsilin cəmiyyətin inkişafı üçün əsas faktorlardan biri olduğunu əsas tutan ölkələrin cərgəsinə qoşulmuşuq. Və əlbəttə ki, nazirliyimizə və məktəblərimizə kömək üçün bunu dəstəkləməmiz lazımdır. Dərk eləmək üçün də ən azıdan imkan olduğu qədər çox oxumaq lazımdır. Kurrikulum – ingilis dilindən dilimizə keçən termindir. Mən bilmirəm 2006-cı ildən bəri, nə qədər insan kurrikulumu orijinalda oxuyub. Çünki kurrikulum ədəbiyyatının Azərbaycan dilində keyfiyyətli tərcüməsini tapmaq təəssüf ki, mümkün deyil. Mən bunu məhz kurrikulum sahəsində Amerika universitetindən magistr dərəcəsi alan bir şəxs kimi deyirəm.
- Siz pedaqoqların inkişafında məktəbin rolundan danışdınız. Sizin məktəbinizdə bu, həyata keçirilirmi?
- Bəli, bu ilin iyununda biz yay məktəbi təşkil etmişdik, xarici təlimçiləri dəvət etmişdik ki, dərs praktikasının yeni prinsiplərini və pedaqoji praktikanın nə üçün lazım olduğunu bizə öyrətsinlər. Yay məktəbində pedaqoqlar - şagirdlər və özləri üçün önəmli olan metodologiyanı, qaydaları öyrənirdilər. Bir müddətdən sonra təlimçilər monitorinq keçirmək üçün bir də gələcəklər, mentor məsləhətlər verəcəklər, lazım olarsa, yenidən təlim keçəcəklər... Beləliklə, məktəb iş yerindəcə fasiləsiz təcrübə keçmək şansı verir, yeni bir şey öyrənmək, yoxlamaq, həmkarlarla paylaşmaq üçün belə imkanın olması da çox vacibdir.
- Pedaqoqlarla şagirdlər və əlbəttə ki, valideynlər arasındakı əlaqələr necə qurulur?
- Bizdə keçən ilin may ayından Təhsil Nazirliyinin təsdiq etdiyi davranış qaydaları və etik normalar işləkdir. Pedaqoq hər şeydən əvvəl peşəkardır. Onun üçün həmkarlarıyla, müxtəlif yaşlarda olan uşaqlarla, rəhbərliklə ünsiyyət ən birinci amildir, bütün bunlar, həmçinin özünün işinə aid olmayan insanlarla münasibətlər də peşəkar etik normalara daxildir.
Kollektiv isə peşəkarların birliyidir, burada hər şeydən əvvəl peşəkar, etik normalar çərçivəsində əlaqələr qurulur, təşkilatın və özünün məsuliyyətini dəqiq dərk etmək tələb olunur. Bu iki məsələ - öz məsuliyyətlələrini və hüquqlarını bilmək dərs prosesi iştirakçılarının hər ikisi üçün çox vacibdir. Məhz bu sıralamayla –məsuliyyət və hüquq.
Bizdə bir növbə olsa da, məktəb axşam saat 6-ya qədər açıq olur. Məktəbdə şagirdləri əyləndirə və maraqlandıra biləcək müxtəlif cür məşğuliyyətlər var. Burdakı atmosfer onların xoşuna gəlir, uşaqlar məktəbi buna görə sevirlər. Bundan başqa, ildə 4 dəfə valideynlər üçün açıq qapı günü keçiririk, bugünlərdə onların uşaqların müəllimləriylə, problemlər barədə danışmaq imkanı olur. Əlbəttə ki, bu günlərdən savayı da istənilən vaxt valideyn məktəbə baş çəkə bilər. Valideynlərlə iş məktəbimizin vacib prioritetlərindən biridir.
- Məktəbinizdə fəaliyyət göstərən oxu klubları barədə də eşitmək istərdik.
- Bu əvvəlcə Nazirliyin uşaqların mütaliəyə həvəslərini artırmaq üçün tələb etdiyi ideyalardan biri idi. Bizim uşaqlarımız əvvəlcə kitabları oxuyur, sonra onları müzakirə edirlər. Klubun formatı balacalardan çox, yuxarı siniflərdə alındı. Oxunan kitabların teatral və viktorina formatları şagirdlər arasında daha yaxşı alınır. Məsələn, rus uşaq klassiklərinin əsərləri.
- Bəs Azərbaycan yazıçılarının əsərləri?
- Biz 4-cü siniflərlə M.Ə. Sabirin yaradıcılığını müzakirə etmişdik: 3-cü siniflər Abdulla Şaiqin yaradıcılığı əsasında tamaşa ilə çıxış etmişdilər; müasir yazıçımız Reyhan Yusifqızı bizim məktəbimizdə qonaq olmuşdu. O uşaqlar üçün fantastika kitabları yazır. Həmçinin 6-cı siniflər arasında Mir Cəlalın "Bir gəncin manifesti” əsəri müzakirəyə çıxarılmışdı.
Uşaqları mütaliəyə həvəsləndirmək üçün seçilən əsərin mövzusu bizim üçün əhəmiyyətlidir. Təhsil və inkişaf sahəsində çalışan bir çox mütəxəssislər mütaliənənin zövq üçün vacib olmasının əhəmiyyətini vurğulayırlar. Uşağınızı zövq üçün oxumağa öyrədin. Uşağın nə oxuduğuna diqqət etməklə buna nail olmaq olar. Ondan hansısa formatda olan kitabı mütləq oxumağı tələb etmək olmaz, ona oxunulan mətni dərk etmək üçün azadlıq verilməlidir.
Bu məsələni inkişaf etdirmək üçün biz gələn ilin tədris ilində məktəbə başlayan şagirdlər üçün ayrıca kitabxadana düzəldəcəyik. Kitabxanada qalın cildlər olmayacaq, hər şey uşaqların inkişafı üçün nəzərdə tutulacaq: sərbəstlik olacaq. Bütün bunlar uşaqların mütaliədən zövq alması üçün nəzərdə tutulub.
- Siz indi özünüz hansı kitabı mütaliə edirsiniz?
-İndi özüm üçün Qabriel Qarsia Markezi yenidən kəşf edirəm, əvvəllər, hələ universitetdə oxuyanda onun əsərlərini mütaliə etmişdim. Daha çox vaxtımın olması üçün yayı gözləyirəm.
Markezdən əvvəl isə şagirdlərimin mənə tövsiyyə elədiyi amerikalı fantast yazıçı Corc Martinin kitabını oxuyurdum. Onlar Coan Roulinqin "Harri Potter”ini məsləhət görəndə də məni heyrətləndirməyə çalışmışdılar, ancaq alınmadı (gülür).
- Hamı bilir ki, Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva 23 nömrəli məktəbi bitirib. Məktəbin digər məşhur məzunları kimlərdir?
- Onların sayı kifayət qədər çoxdur, yeri gəlmişkən, biz məktəbimizin məşhur məzunlarının xatirələrini nəşr etmək istəyirik. Məzunlara misal kimi ədliyyə naziri Fikrət Məmmədovu, Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevi göstərə bilərik.
- Xarakterinizdəki hansı xüsusiyyət sizə çətinlikləri dəf etməyə imkan verir?
- 2006-cı ildə mən Amerika universitetinin magistr bölümünə daxil oldum, buna görə də ölkədən getməliydim. Tanışlarımızdan biri 4 yaşlı oğlumu da özümlə apardığımı eşidib belə dedi: "O hər şeyin öhdəsindən gələcək”. Mən öz işimi planlaşdıra bilirəm və heç vaxt vaxtımı boş yerə sərf etmirəm. Buna görə də vaxtın təşkili və planlaşdırılması mənim xarakterimin güclü tərəfidir. Bundan başqa, mən realistəm, nibin insan olsam da, reallığı da dərk edə bilirəm. Özümü aldatmıram, gücümü hesablamağa çalışır və məqsədə xırda addımlarla irəliləyirəm. Məndə refleksiya çox güclü oturuşub, mən hər zaman necə danışır və edirəmsə, elə də fikirləşirəm, əgər səhv etsəm, üzr istəmək üçün heç vaxt utanmıram, nəyisə bilmədiyini etiraf etmək də vacim detaldır. Mənim rəhbər heç vaxt sual verməməlidir kimi kompleksim yoxdur, mən hər zaman sual verirəm.
- Hobbiniz varmı?
- Bəli, mən dəvə fiqurları toplayıram (gülür). Dünyanın müxtəlif şəhərlərindən gətirələn, müxtəlif forma və rənglərdə olan dəvə fiqurlarım var. Bu heyvanı çox sevirəm, onlar çox xeyirah və etibarlıdırlar. Səhrada yavaş-yavaş hərəkət edən karvan mənimçün vaxtın əbədi davam etməsinin simvoludur...
- O zaman hazırlaşın, bu məqalə yayımlandıqdan dərhal sonra sizə çox sayda yeni ekzemplyarlar hədiyyə ediləcək.
- (Gülür) Onda yazın ki, mən kaktusları da toplayıram. Onları Romadan, İstanbuldan gətirirəm... Ancaq çoxlarını onların tikanları qorxudur. Ancaq onlar elə gözəldilər ki, çiçəklənəndə isə sadəcə möhtəşəm olurlar!
- Yeni ildə şagirdələrinizə nə arzulamaq istərdiniz?
- Məktəbimizin şagirdlərinə uğurlar arzu edirəm: onlar qarşılarına qoyduqları məqsədlərə nail olsunlar. Həm dərslərində, həm də həyatda daha böyük nailiyyətlər əldə etsinlər.
Şəhərimiz Bakıya isə daha da gözəlləşməyi, dünyadan daha çox turist qəbul etməyi və əvvəlki internasional görünüşünü qaytarmağı arzu edirəm. İstəyirəm Bakı elə bir şəhərə çevrilsin ki, onu xəritədə axtarmaq lazım olmasın, insanlar onu xeyirxah, açıqürəkli və tolerant insanlarına görə tanısınlar. Və ölkəmizdə insanların öz potensiallarını reallaşdıra bilmələri məni çox sevindirir, bu insanlar da öz növbəsində vətənimizi daha da şöhrətləndirəcəklər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !