Xırdalanda bu küçələr təmir edildi - FOTO

12:19 | 21.01.2020
Xırdalanda bu küçələr təmir edildi - FOTO

Xırdalanda bu küçələr təmir edildi - FOTO

Xırdalan şəhərində 2 küçənin təmiri yekunlaşıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "Qafqazinfo”ya daxil olan məlumata görə, şəhərinin əsas nəqliyyat arteriyası hesab olunan Heydər Əliyev prospekti əsaslı təmir olunaraq mümkün ərazilərdə yolun hər iki tərəfi 2 m olmaqla 1000 m uzunluğunda genişləndirilib.

Mövcud piyada səkilərinin yenidən qurulması, zəruri olan yerlərdə yeni piyada səkilərinin tikintisi, kənarlarına isə yeni səki daşlarının düzülməsi işləri də layihə üzrə həyata keçirilən işlərdəndir. Anoloji təmir işləri Nizami Gəncəvi və Qalubiyyə küçələrində artıq yekunlaşdırılıb. Qalubiyyə küçəsinin uzunluğu 1.1 km, eni 10 m, Nizami Gəncəvi küçəsinin uzunluğu 1.6 km, eni isə 12 m təşkil edir.

Bu küçələr üzrə asfaltlanmış ərazinin sahəsi 12.5 min kv.m təşkil edir. Növbəti mərhələdə 1.5 km uzunluğa malik Hacı Zeynalabdin Tağıyev və 1.2 km uzunluğa malik Səttar Bəhlulzadə küçələrinin əsaslı təmiri nəzərdə tutulub. 




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb