Xırdalanda idman jurnalistinin mənzilindən oğurluq edilib

20:00 | 27.01.2020
Xırdalanda idman jurnalistinin mənzilindən oğurluq edilib

Xırdalanda idman jurnalistinin mənzilindən oğurluq edilib

Sportinfo.az saytının təsisçisi və baş redaktoru İlkin Vaqifoğlunun Xırdalan şəhərindəki mənzilindən oğurluq edilib.


Bu barədə "Report"a jurnalistin özü bildirib. O deyib ki, hadisə yanvarın 26-da gecə saat 5 - 7 aralığında baş verib. Oğrular ailə üzvlərinin yuxuda olmasından yararlanıblar. İ.Vaqifoğlu hadisənin görüntülərinin yaxınlıqdakı kameraya düşdüyünü və "Hyundai Tucson" markalı avtomobillə gələn mütəşəkkil qrupdan şübhələndiklərini açıqlayıb: "Bu hadisə tək törədilməyib, 2-3 nəfər olublar. Bacım üçün cehizlik alınmışdı. Əşyalar karton qutularda idi. Bizim həyət evimizin ön və arxa qapıları var. Özüm saat 3:30-dək oyaq olmuşam, otaqlardan birinin işığı səhərədək yanıb. Oğrular elə tələsik iş görüblər ki, qutulardan bir neçəsini qapının ağzında qoyub gediblər. Azı 5000 manatlıq oğurluq edilib".


Baş redaktor hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etdiyini və araşdırmalara başlanıldığını əlavə edib. 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb