Xırdalanda parkdan oturacaq və idman aləti oğurlanıb

21:00 | 10.04.2023
Xırdalanda parkdan oturacaq və idman aləti oğurlanıb

Xırdalanda parkdan oturacaq və idman aləti oğurlanıb

Xırdalan şəhəri ərazisində yerləşən parkların birindən 3000 manat dəyərində oturacaq və idman aləti oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Hadisə barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Sənan Talıbov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb