Xırdalanda baş verən partlayışdan sonra dağıntılar altından 6 nəfər çıxarılıb. Onlardan birinin vəziyyəti ağırdır.
Anews.az xəbər verir ki, bu barədə hadisə yerində olan Abşeronun icra başçısı İradə Gülməmmədova bildirib.
Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, bir avtomobil də dağıntılar altında qalaraq yararsız hala düşüb.
-----
Fövqəladə Hallar Nazirliyi Xırdalan şəhərində baş verən partlayışla bağlı rəsmi məlumat yayıb.
FHN-dən Anews.az-a bildirilib ki, 25 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112” qaynar xəttinə Xirdalan şəhəri 27-ci məhəllə adlanan ərazidə uçqunla müşayiət olunan partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub:
"Dərhal əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib, partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb. FHN-in əməkdaşları tərəfindən operativ olaraq biri qadın və biri uşaq olmaqla iki nəfər xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Dağıntı altında qalan şəxs və ya şəxslərin olması ehtimalı nəzərə alınaraq axtarış-xilasetmə əməliyyatı davam edir.
Əlavə məlumat veriləcək".
----
hadisə barədə əlavə məlumat veriləcək
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !