• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Xırdalanda sürət qatarı azyaşlını vurub

Xırdalanda sürət qatarı azyaşlını vurub
22.07.2024 20:50
22 iyul tarixində saat 19:50 radələrində ADY-yə məxsus sürətli sərnişin qatarı Xırdalan stansiyasında hərəkətdə olarkən yol kənarında anası ilə birgə dayanmış azyaşlı uşaq valideynin nəzarətindən yayınaraq qəfil qatarın qarşısına çıxıb. Bu barədə ADY-dən bildirilib.

Məlumata görə, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub. Təəssüf hissi ilə bildiririk ki, stansiya əməkdaşları tərəfindən hadisə yerinə dərhal təcili yardım briqadası çağırılsa da, azyaşlı aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib. 

"Azyaşlının ailəsinə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!
ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçirdlərindən istifadə etməklə keçməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur, xüsusi ilə valideynlər yol hərəkəti qaydalarına əməl etməklə övladlarına nümunə olmalı, övladlarını nəzarətsiz buraxmamalı və onların həyatını təhlükəyə atmamalıdırlar” - məlumatda qeyd olunur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
Cəmiyyət 21:05
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Cəmiyyət 19:00
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Cəmiyyət 17:45
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Mingəçevirdə Kürdə iki kater toqquşub, yaralılar var - Yenilənib
Cəmiyyət 17:12
Mingəçevirdə Kürdə iki kater toqquşub, yaralılar var - Yenilənib
Bərdədə polis tərəfindən 5 kiloqram narkotik aşkarlanıb
Cəmiyyət 15:06
Bərdədə polis tərəfindən 5 kiloqram narkotik aşkarlanıb
Zaqatalada yol qəzası baş verib, ölən var
Cəmiyyət 14:26
Zaqatalada yol qəzası baş verib, ölən var
Türkiyəyə qar yağıb - Video
Cəmiyyət 13:46
Türkiyəyə qar yağıb - Video
Sabahın hava proqnozu
Cəmiyyət 13:00
Sabahın hava proqnozu
Astarada yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Cəmiyyət 12:57
Astarada yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol