Xirosimaya bomba atanların axrıncısı öldü

11:09 | 30.07.2014
Xirosimaya bomba atanların axrıncısı öldü

Xirosimaya bomba atanların axrıncısı öldü

Teodor Van Kirk 93 yaşına kimi yaşadı
1945-ci ildə Xirosimaya atom bombası atan B-29 “Enola Gey” qırıcısının axrıncı üzvü ABŞ-də yaşayan Teodor Van Kirk 93 yaşında vəfat etdi. 
ANS PRESS-in məlumatına görə, mərhumun oğlu bildirib ki, onun ölümü 28 iyul tarixində ABŞ-nin Corciya ştatının Stoun-Mauntin şəhərində baş verib. 
“Holland” ləqəbli Teodor Van Krik “Enola Gey”in şturmanı olub. Xirosimanın bombardımanı zamanı onun 24 yaşı olub. Lakin bu yaşda o artıq 58 döyüş uçuşu edən səriştəli pilotlar sırasında idi.
Xatırladaq ki, B-29 “Enola Gey” qırıcısı 1945-ci ilin 6 avqustunda Xirosimanın mərkəzinə “Körpə” adı qoyulmuş uran yüklü bomba atır. 
Bombanın tratil ekvivalenti 20 min ton təşkil edirdi. Partlayış təxminən yüz qırx min adamın həyatına son qoyur.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM