Xızıda 20 partlamamış mərmi tapılıb

13:28 | 09.09.2017
Xızıda 20 partlamamış mərmi tapılıb

Xızıda 20 partlamamış mərmi tapılıb

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.

ANAMA-dan Femida.az -a verilən məlumata görə, yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Sitalçay və Şurabad kəndləri ərazisində 1 evin həyətyanı sahəsinə, 1 əkin sahəsinə və dəniz kənarı əraziyə, partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilmiş, 20 ədəd partlamamış hərbi sursat (PHS), 68 ədəd partlamış-yanmış mərmi qalıqları və 26 kq yandırma aşkar edilərək götürülüb.

Ümumiyyətlə, 12 gün ərzində 12 ev, 42 evin həyətyanı sahəsinə, 9 ferma ərazisinə, 15 əkin sahəsinə, 8 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xəttinə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 1 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə baxış keçirilib, 3 961 ədəd partlamamış hərbi sursat, 2 685 ədəd partlamış-yanmış sursat qalıqları və 2 369 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 19 878 584 kv.m (1 987.86 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay və Şurabad kəndləri ərazisində 5 983 nəfər yerli sakin arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM