Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) tərəfindən partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 312 ədəd partlamamış hərbi sursat (PHS) aşkar edilərək götürülüb.
ANAMA-dan Oxu.Az-a verilən məlumata görə, 94 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 210 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 897 500 kv.m (89.75 ha) ərazi yoxlanılıb.
Ümumiyyətlə, 25 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 9 ferma ərazisinə, 29 əkin sahəsinə, 10 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 1 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə baxış keçirilib, 7 270 ədəd partlamamış hərbi sursat (PHS), 3 759 ədəd partlamış-yanmış sursat qalıqları və 12 028 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 37 725 238 kv.m (3 772.52 ha) ərazi yoxlanılıb.
Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay və Şurabad kəndləri ərazisində 5 983 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !