“Xocalı abidəsi” Şəhidlər Xiyabanına köçürülsün - TƏKLİF

19:15 | 25.02.2014
“Xocalı abidəsi” Şəhidlər Xiyabanına köçürülsün - TƏKLİF

“Xocalı abidəsi” Şəhidlər Xiyabanına köçürülsün - TƏKLİF

Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana Fəryadı” memorial kompleksinin Şəhidlər Xiyabanına köçürülməsi təklif edilir. AzNews.Az xəbər verir ki, Milli Məclisin fevralın 25-də keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlı Bakının Xətai rayonunda yerləşən Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana Fəryadı” memorial kompleksinin Şəhidlər Xiyabanına köçürülməsini təklif edib.M.Qurbanlı hesab edir ki, Xocalı soyqırımını əks etdirən bu abidə rəsmi protokola daxil edilməlidir:““Ana Fəryadı” abidəsi Şəhidlər Xiyabanına köçürülməlidir. Əgər bu abidə həmin əraziyə köçürülərsə, Azərbaycana gələn xarici qonaqlar da Xocalı soyqırımı ilə daha yaxından tanış ola bilər”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti