Bunu Aktual.az-a Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev erməni mətbuatında Xocalı aeroportundan uçuşların həyata keçirilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.Onun sözlərinə görə, bütün işğal olunmuş ərazilərimiz bağlıdır:"Azərbaycan buranı bağlı hava məkanı elan edib. Yəni, burada ermənilər tərəfindən yayılan məlumatlar təxribatdan başqa bir şey deyil. Onlar vaxtaşırı bu cür təxribatları yayırlar. Azərbaycanın icazəsi olmadan, hər hansı bir uçuşun həyata keçirilməsi qeyri-mümkündür.Onu da bildirim ki, erməni tərəfinin bu cür təxribatları yalnız və yalnız sülh prosesinə xələl gətirməyə yönəlib və danışıqlar prosesinə zərbədir".XİN sözçüsü Xocalı aeroportunda uçuşların həyata keçiriləcəyi təqdirdə Azərbaycan tərəfinin atacağı addıma da münasibət bildirib:"Əgər belə bir təxribat olarsa, bu, çox təhlükəli bir məcraya yönələ bilər. Biz o vaxt bunu həmsədrlərin də diqqətinə çatdırmışdıq. Həmsədrlər də bu məsələni rəsmi Yerevan qarşısında qaldırdılar. Bildirim ki, həmsədr ölkələrin qəbul etdiyi bəyanatda da aeroport məsələsi ilə bağlı qeyd edilirdi ki, Ermənistan bu cür təxribatların həyata keçirilməsindən əl çəkməlidir. Yəni bu, münaqişənin həllinə çox mənfi təsir göstərə bilər və sülh prosesinə xələl gətirə bilər".Xatırladaq ki, modern.az-ın Ermənistan mətbuatına istinadən yaydığı məlumata görə, Ermənistanın Daşnaksütyun partiyasının ABŞ-da fəaliyyət göstərən nümayəndə heyəti və diaspor ermənilərinin bir qrupu Dağlıq Qarabağa səfər edib. Heliokopterlə Xocalı aeroportunda eniş edən diaspor erməniləri Xankəndi şəhərində separatçıların lideri Bako Saakyanla görüş keçiriblər.ANN.Az