Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə noyabrın 30-da “LN centr”də “Xocalı faciəsi gənc rəssamların gözü ilə” mövzusunda sərgi açılacaq.Layihənin rəhbəri və əlaqələndiricisi Röya Bənənyarlı AzərTAc-a bildirmişdir ki, sərgidə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən faciə rənglərin dili ilə əksini tapacaq.Sərgidə 15 gənc rəssamın əl işləri nümayiş olunacaq.Rəssamlara “AtscouncilAzerbaijan” təşkilatı tərəfindən diplom veriləcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !