ANN.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, "Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 10:30-dan etibarən Xocalı prospekti hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaqdır.
Sürücülərə alternativ olaraq Sabit Orucov və Afiyəddin Cəlilov küçələrindən istifadə etmələri tövsiyə olunur.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !