Xocalı soyqırımı İran parlamentində müzakirə oluna bilər

12:10 | 26.02.2014
Xocalı soyqırımı İran parlamentində müzakirə oluna bilər

Xocalı soyqırımı İran parlamentində müzakirə oluna bilər

“İran Azərbaycan xalqının Xocalı faciəsinin acısına şərik çıxır. İran istənilən kəs və ya dövlət tərəfindən törədilən istənilən qətliamını pisləyir”. Bunu APA-ya açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin Xocalı soyqırımı ilə bağlı fikirlərini bildirərkən deyib. Səfir bildirib ki, İran parlamenti Xocalı soyqırımını müzakirəyə çıxarmağı planlaşdırır: “Ötən il sentyabrın sonunda iki ölkənin parlamentlərarası dostluq qrupları Xocalı hadisələri ilə bağlı mövqeyini əks etdirəcək məktub hazırlamaq və onu İran parlamentinə təqdim etmək barədə razılığa gəlib. İran Dağlıq Qarabağ münaqişəsinə həssaslıqla yanaşır və regional münaqişələrin həllində kənardan müdaxilələrini qəbul etmir”. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM