Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Parisdə və Londonda Xocalı faciəsi qurbanlarının xatirəsi anılacaq. Avropa Azərbaycan Cəmiyyətinin rəsmi saytında xəbər verilir ki, fevralın 24-də Parisdə Müqəddəs Rox kilsəsində Xocalını anma konserti keçiriləcək.Fevralın 26-da isə Londondakı “St. John’s Smith Square” məkanında Xocalı soyqırımı qurbanlarını anma konserti keçiriləcək.Bu pulsuz konsertlərdə Nəzrin Rəşidovanın (skripka) və “FeMusa” ansamblının, həmçinin Səbinə Rakçeyevanın (skripka), Kinan Azmehin (klarnet) və “Solstis” kvartetinin ifaları dinləniləcək. Musiqiçilər Azərbaycan və Qərb klassikasının şah əsərlərini, o cümlədən Pier Tiloyun Avropa Azərbaycan Cəmiyyətinin sifarişi ilə bəstələdiyi, klassik musiqi mükafatına (Victoires de la Musique Classique Award) layiq görülən əsərlər siyahısına daxil edilmiş “Xocalı 613” əsərini ifa edəcəklər.//Anspress
Bizi sosial şəbəkələrdə izləyin !