Xocalı soyqırımı: Salatın və Müşkünaz

17:48 | 26.02.2014
Xocalı soyqırımı: Salatın və Müşkünaz

Xocalı soyqırımı: Salatın və Müşkünaz

MÜŞKÜNAZ Bu qadının (ön planda) hekayəsini üç gün öncə Azərbaycan Mətbuat Şurasında dinləmişəm. 22 il əvvəl 30-dan da az yaşı olan Müşkünaz Əhmədova milis işləyən həyat yoldaşı ilə birlikdə Xocalı şəhərində yaşayıblar. Qarabağ müharibəsi gedən illərdə o, hamilə imiş. Azərbaycan kəndlərinin müdafiəsində iştirak edən əri bir gün Müşkünaza deyir:  “Əgər oğlumuz olsa, mənim adımı verərsən. Qız olsa, onda Salatın adını qoyarsan, Azərbaycanın milli qəhrəmanı, jurnalist Salatın kimi”.SALATIN Jurnalist Salatın Əsgərova (1961-ci ildə doğulub) sovet qəzeti "Molodyoj Azerbaydjana" qəzetinin gənc, çox aktiv əməkdaşı olub. Ölümdən qorxmayaraq, dəfələrlə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinə ezamiyyətlərə yola düşüb. Bir dəfə isə həyatı tükdən asılı oldu - 1990-cı ilin noyabrında Rusiya hərbi hissəsinin avtomobilində, zabitlərin müşayiəti ilə bu qadın jurnalist  əksəriyyəti erməni olan kəndə gedir və sakinlərlə söhbət aparır, onları Azərbaycan qonşularıyla barışığa çağırır. Amma birdən kimsə onlara daşı atır, qəzəbdən və nifrətdən bozarmış erməni döyüşçüləri qorxmaz jurnalistin inamını sarsıtmağa çalışır. Onların istiqamətinə daha bir daş atılır və bu daş rus zabitinin başına dəyir. Yaralı zabitlə birlikdə Salatın da o kənddən çıxa bilir. Amma başına daş dəyən zabit ölümün pəncəsindən qurtula bilmir, hospitalda ölür.Bu hadisədən sonra iş yoldaşları Salatına Qarabağa getməməyə, himayəsində kiçik oğlunun olmasını unutmamağa razı salmağa çalışdılar. Amma Salatın heç kimə qulaq asmır.1991-ci ilin 9 yanvar səhəri, onda hələ Azərbaycan sərhəd hissəsinin hərbiçiləri hesab olunan zabitlərlə - podpolkovnik Larionov, mayor İvanov, serjant Qoyek Salatınla birlikdə hərbi maşında Laçın-Şuşa yoluna çıxırlar. Erməni kəndi olan Qaladərəsinin yaxınlığında onlar ermənilərlə qarşılaşırlar. Hərbi maşın iki istiqamətdən – həm avtomatdan, həm də snayper tüfəngindən güllələyirlər - qabaqdan, arxadan, soldan. Sonradan hadisə yerinə gələnlər maşında 113 güllə deşiyi sayırlar. Hərbi maşının şofer— serjant İ.Qoyek ölməzdən əvvəl əyləçi basa bilir, mayor İqor Yuri İvanov dərhal ölür. Podpolkovnik Oleq Mixail Larionov isə ermənilərə avtomatdan atəş açmağa imkan tapır. O, beş güllə yarası almasına baxmayaraq maşından yerə düşə bilir, yolu keçib ermənilərdən xeyli uzaqlaşa bilir və silahındakı patronlar qurtarana qədər onlarla döyüşür. Sonda o yerə yıxılır və ermənilər ona yaxınlaşıb yenidən güllələyirlər. Daha sonra erməni silahlıları maşının qapısını açıb, yaralı Salatın Əsgərovanı dayanmadan güllələyirlər. Bu dəhşətli hadisə p vaxt bütün Azərbaycanı silkələdi. Batalyon komandiri podpolkovnik Oleq Larionov Tayşet nəslindən idi, sibirli idi. O, beş il batalyona rəhbərlik etmişdi, həmin batalyon 1990-cı ilin yazında Qazaxın Baqanis Ayrum kəndini ermənilərin hücumlarından qorumuşdu. Buna görə də ermənilər Larionovun başına 10 min rublluq mükafat vəd etmişdilər. Bu mənada, 9 yanvar 1991-ci il dönüş nöqtəsi oldu. Bu ermənilərin pusqudan təşkil olunmuş ilk silahlı hücumu deyildi, amma öz vəzifə borcunu yerinə yetirən jurnalistin Dağlıq Qarabağda qətlə yetirilməsi ilk hadisə idi (1news.az).SOYQIRIM 1992-ci il, fevralın 25-dən 26-na keçən gecə, Xocalı sakinləri yenicə yaradılmış Azərbaycan ordusunun bir qrup əsgəri ilə birlikdə anladılar ki, güclər qeyri-bərabərdi və rusların, yaxud o vaxt SSRİ kimi tanınan dövlətin 366-cı alayıyla birlikdə erməni qoşunlarının hücum edən birləşmiş bölmələrinə qarşı durmaq faydasızdır. Od içində yanan şəhəri tərk etmək lazım idi. Müşkünaz yaralı əri Elmar, yenicə dünyaya gəlmiş qızı Salatınl və təxminən 200 sakinlə birlikdə gecə vaxtı Qarqar çayının subasar sahəsinə  - meşəyə yollanırlar. Hər tərəf dizə qədər qar, dəhşətli soyuq... Balaca Salatın isə dayanmadan var-qüvvəsi ilə ağlayır... Arxadan tüfəng, avtomat səsi gəlir. Silahlı ermənilər bayaqdan xocalıları güllə-borana tutub. Xocalıların qışqırığı, uşaqların qorxu dolu hayqırtısı silah səsinə qarışıb. Düşməndən canını qurtarmaq istəyən xocalılara qarışıb irəli qaçan Müşkünaz heç cürə körpəni sakitləşdirə bilmir. Eyni zamanda o, qızının ağlama səsi ucbatından digər xocalıların ələ veriləcəyindən qorxur. Ağlını itirmiş ana körpə qızını öz əlləri ilə boğur. Uşağın səsi kəsilir. Əvvəlcə uşağı ağacın altında qoyub getmək istəyir, amma özüylə aparmağa qərar verir. Fikirləşir ki, vəhşi heyvanlar cəsədi parçalayar. Bilə-bilə balasını öldürdüyünü düşünən ana imkan tapan kimi onu dəfn etmək istəyir. Uşağı örpəyi ilə kürəyinə sarıyır. İki gün xocalılar meşədə gizlənirlər. Ac-susuz olsalar da kəndlərə çıxmağa cürət etmirlər. Üçüncü gün onları silahlı ermənilər tapırlar və Daxraz kəndinə gətirirlər. Ermənilər əsir düşmüş kişiləri özləri ilə harasa aparırlar. Bundan sonra onları heç kəs görmür. Qadınlar hansısa ermıniyə məxsus evin heyvan pəyəsində əlləri-qolları bağlı vəziyyətdə saxlanılırlar. Birdən qonşu Mahirə təşvişlə Müşkünaza deyir ki, deyəsən, uşaq sağdır. İki gün səsi çıxmayan kiçik Salatın qımıldanmağa başlamışdı. Müşkünaz xoşbəxtlikdən özündə deyildi. Ərinin ölümü, özünün əsir düşməsi bir anın içində unuduldu. Güclə də olsa, uşağını döş südü ilə bəsləmək istədi. Amma qadının döşündə süd yox idi. Mahirə xala pəyədən buğda dənələri tapdı, gənc anaya dənələri çeynəməyi və uşağın ağzına qoymağı öyrətdi.Dördüncü gün əsir qadınlar Azərbaycan tərəfinə təhvil verildi. Onları Gülablı kəndinə gətirdilər, oradan təcili Ağdama, hospitala göndərdilər. Həkimlər uşaqlı qadını təcili Bakıya göndərməyə qərar verdilər ki, onun soyuqdan qaralmış ayağının amputasiya olunmasının qarşısı alınsın. Müşkünaz və kiçik Salatını xilas etmək mümkün oldu.İndi Salatının 23 yaşı var, Bakıda anasıyla yaşayır. Bizim Müşkünaz xanımla söhbətimizdə qız iştirak etmirdi.Hər Xocalı ailəsinin hekayəsi Həvva Məmmədovanın "Şəhidlər və Şahidlər" kitabında danışılır. (http://www.anl.az/el/m/xocali_ru.pdf). Müşkünazın hekayəsi həmin kitabın 86-cı səhifəsindədir. Şəkili moskvalı Viktoriya İvlev Xocalı şəhərində, soyqırımın ertəsi günü çəkib. O, erməni hərbi qulluqçuları ilə birlikdə şəhərə daxil olub. Arxa planda öldürülmüş azərbaycanlıların əmlakını çıxardan soyğunçunun avtomobili görünür. Human Rights Watch-a əsasən, Xocalı qətliamı ən kütləvi və Britaniya tədqiqatçısı Tomas de Vaala görə amansız və Qarabağ hadisələrində ən çox qan tökülmüş qətliam hesab olunur. Xocalıda    613 insan qətlə yetirilib, onlardan, uşaqlar - 63; qadınlar - 106, yaşlılar - 70 nəfərdir.    8 ailə tamamilə məhv edilib    25 uşaq hər iki valideynini itirib    130 uşaq bir valideynini itirib    Yaralanıb  - 487 nəfər, onlardan uşaqlar – 76 nəfər;    Girovlarda olan insanlar - 1275 nəfər    İndiyədək xəbəri bilinməyən itkinlər - 150 nəfər    Dövlətə və vətəndaşların şəxsi əmlakına 5 milyard rubl (01.04.92 ilə qiymətləri ilə) dəyərində zərər vurulub.(http://www.azeri.ru/az/karabakh/genocid_v_khojaly/). Xocalı soyqırımında sovet ordusunun 366-cı alayının biabırçı iştirakından sonra, SSRİ-nin müdafiə nazirinin qərarıyla alay Gürcüstana aparılıb və orada dağıdılıb. Bu alayın zabitlərindən biri Ermənistanın hazırkı müdafiə naziri Seyran Ohanyan idi. RUSİYA HÜQUQ MÜDAFİƏ MƏRKƏZİ "MEMORİAL"ın MƏRUZƏSİNDƏN Erməni silahlıları şəhəri tutanda orada təxminən 300 dinc sakin, həmçinin 86 məshəti türkü qalıbmış. Sakinlərin, hücumun iştirakçılarının, DQR-in və bu zaman Xocalı ərazisində olmuş kütləvi informasiya vasitələrinin nümayəndələrinin ifadəsinə görə, yerdə qalan sakinlər əsir götürülmüş və üç gün müddətində Stepanakertə, Müvəqqəti Saxlanma Təcridxanasına və Əsgəran izolyatoruna gətirilmişlər. Bəzi xocalılar isə qondarma “DQR2 rəhbərliyinin razılığı ilə qohumları Azərbaycan ərazisində həbsdə olanlar erməni ailələrinin şəxsi evlərində saxlanılıblar. Qondarma “DQR” rəsmi şəxslərinin bəyənatına görə, bütün qadınlar və uşaqlar bir həftə ərzində Azərbaycan tərəfində təhvil verilib. Hər iki tərəfdən əldə edilmiş məlumatlarına əsaslansaq, 28.03.92 tarixində Azərbaycan tərəfinə 700 əsir Xocalı sakini təhvil verilib, onlar arasında həm şəhərdə əsir düşən, həm də Ağdam yolunda tutulanlar da var. Onlar arasında qadınlar və uşaqlar əksəriyyət təşkil edib.Bununla birlikdə, Xocalı sakinlərinin ifadələri var ki, qadınlar və uşaqlar da kişilər kimi "mübadilə materialı" olublar. Bu ifadələr "Memorial" nümayəndələrinin şəxsi müşahidələriylə təsdiqlənir: 13.03-də Əsgəranda girov qismində olan Xocalı sakinləri, həmçinin qadınlar və gənc qızlar saxlanılıblar. Etibarlı şahid ifadələri də var ki, qadınlar zorla Əsgəranda bu tarixdən sonra da girovluq çəkiblər."Memorial" müşahidəçilərinin ifadəsindən o da bilinir ki, Xankəndi şəhərinin Müvəqqəti Saxlanma Təcridxanasında olan əsirlər çox pis vəziyyətdə saxlanılıblar. Təcridxanada olan azərbaycanlıların zahiri görünüşü onların pis qidalandığını və aclıq çəkmələrini əks etdirirmiş. Belə bir informasiya da var ki, məhbuslar daim işgəncə altında olublarr. Həmçinin, qeyd etmək lazımdır ki, müşahidəçilərə yalnız məhbusların bir hissəsinə baxmağa imkan veriblər. Təcridxananın müdiri mayor Xaçaturyan məhbuslarla bir neçə dəqiqə ərzində təklikdə söhbət etməyə belə imkan verməyibi. Müşahidəçilər yalnız təsadüf nəticəsində cəmi bir dəfə belə söhbət keçirmək şansı əldə ediblər.Əsir götürülmüş, sonra isə dəyişdirilmiş sakinlərin ifadələrinə görə, kişilər daha çox fiziki işgəncəyə məruz qalıblar. İfadələrin əksəriyyətində qeyd edilib ki, qadınları və uşaqları, kişilərdən fərqli olaraq, çox döyməyiblər. Ancaq Bakı və Ağdam həkimləri tərəfindən təsdiq edilmiş ifadələr də var ki, həddi-buluğa çatmamış qızların zorlanması çoxluq təşkil edib. 2014 Azərbaycanın Hərbi Prokurorluğunun açıqlamasına görə, Xocalı soyqırımının törədilməsində günahkar bilinən 39 nəfər barəsində cinayət işi qaldırılıb və onların həbs edilməsi barədə qərar var. Hərbi prokuror, baş prokurorun müavini Xanlar Vəliyevin sözlərinə görə, bu şəxslərin arasında yalnız ermənilər deyil, həm də keçmiş SSRİ ordusunun 366-cı alayının hərbi qulluqçuları da var. Vəliyev əlavə edib ki, 1988-ci ildən Azərbaycana qarşı erməni hərbi qulluqçuları tərəfindən həyata keçirilmiş soyqırımlarla, cinayətlərlə və deportasiyalarla əlaqədar Prokurorluqda üç istiqamət üzrə istintaq aparılır. Birinci istiqamət Xocalıda Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərlə bağlıdır. Meşəli, Qaradağlı və başqa məskun edilmiş məntəqələr, ikinci - ermənilər tərəfindən nəqliyyat vasitələrində, həmçinin metro və başqa yerlərdə törədilmiş cinayətlərlə bağlı, üçüncü - əsirlərlə və girovlarla bağlı. İndiyə qədər bu cinayətlərin törədilməsində 2089 nəfər günahkar elan edilib.Xocalı hadisələrini ABŞ-ın ştatları və bir sıra dövlətlərin parlamentləri soyqırım kimi tanıyıb. 2014-cü il fevralın 18-19-da Tehranda, İslam Konfransı Təşkilatının nümayəndə heyətinin iştirakıyla Parlamentlərarası İttifaqının doqquzuncu sessiyasında 53 ölkə Xocalı faciəsini növbəti dəfə "soyqırımın aktı və insanlığa qarşı tərədilmiş cinayət" kimi qiymətləndirib.Erməni tərəfi Xocalı soyqırımı haqqında həqiqətlərə öz saxtalaşdırmalarını əlavə etməyə, faktları təhrif etməyə, erməni əsarətinə düşmüş vətəndaşlarla videosöhbəti və esk-prezident Mütəllibovun və jurnalist Eynulla Fətullayevin, elə onların özləri tərəfindən dəfələrlə təkzib edilmiş fikirləri özlərinə uyğun şərh etməyə çalışırlar. Lakin tarix tezliklə qaranlıq səhifələrə işıq salacaq. Amerika və erməni mətbuatında Ermənistan prezidentin keçmiş məsləhətçisi Lipartyanın məqaləsi dərc edilməsi buna misaldır. Həmin məqalədə deyilir ki, Qarabağda dinc azərbaycanlılar erməni hərbi qulluqçuları tərəfindən amansızcasına qətlə yetiriliblər.Kamal ƏliANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM