Xocalı Soyqırımını rəsmən tanıyan ölkələr – FOTO

13:46 | 25.02.2014
Xocalı Soyqırımını rəsmən tanıyan ölkələr – FOTO

Xocalı Soyqırımını rəsmən tanıyan ölkələr – FOTO

Dünya tarixində bir çox soyqırımlar törədilib. Onların bir çoxu daha uzaq keçmişdə gerçəkləşdiyindən isbatedici hər hansı faktlar mövcud deyil. İnformasiya əsrinə qədəm qoyduqca, soyqırımların sayı da azalmağa başladı. Baxmayaraq ki, çağdaş dövrdə də insanların kütləvi qırğını baş verir. Fərq orasındadır ki, hazırda həmin qırğınlar “terrorara qarşı mübarizə”, “nüvə silahının məhvi” adı ilə pərdələnir. Çağdaş dövrün soyqırımlarından biri də XX əsrin 90-cı illərində azərbaycanlılara qarşı baş vermiş Xocalı Soyqırımıdır. Həm soyqırıma, həm də informasiya hücumuna məruz qalan xalqımız uzun zaman kəsiyində gerçəkdən nələrin baş verdiyini dünya ictimaiyyətinə təqdim edə bildi. Nə qədər çətin olsa da, proses hələ də davam edir. Ədalətsiz dünyada ədalət axtarışına çıxmağın o qədər də asan məsələ olmadığını bilməmiş deyilik. Məhz bu ədalətsizliyin nəticəsidir ki, dünya dövlətlərinin bir neçəsi 2012-ci ildən (20 il sonra) Xocalı Soyqırımını tanımağa başladılar. Soyqırımı rəsmi olaraq tanıyan həmin ölkələri və bu ölkələrlə yanaşı, ABŞ ştatlarının siyahısını oxucularımıza təqdim edirik:Seymur Həsənli

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM