Xocalı soyqırımının tanınması ilə bağlı Avropa Parlamentinə müraciət

17:40 | 26.02.2014
Xocalı soyqırımının tanınması ilə bağlı Avropa Parlamentinə müraciət

Xocalı soyqırımının tanınması ilə bağlı Avropa Parlamentinə müraciət

Finlandiyanın paytaxtı Helsinkidəki “Caisa” mədəniyyət mərkəzində Xocalı Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş “XX əsrin ən böyük faciəsi - Xocalı soyqırımı” adlı sərgi təşkil olunub.Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, sərgidən öncə iştirakçılar soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Çıxış edən tədbirin təşkilatçısı Finlandiya Azərbaycanlıları Assosiasiyasının (FAA) sədri Vasif Muradlı qonaqlara Xocalı soyqırımının haqqında ətraflı məlumat verib. Azərbaycan Qadınları Cəmiyyətinin sədri Arzu Oqtay isə öz çıxışında 22 il əvvəl törədilmiş Xocalı faciəsinin köklərinin əslində daha dərində olduğunu bildirib, ermənilərin əsrlər boyu türklərə qarşı kin-küdurət hissindən bəhs edib. O, gəncləri 2015-ci ildə qondarma erməni soyqırımının ildönümü ərəfəsində ermənilərin hər cür təxribatına qarşı ayıq-sayıq olmağa çağırıb. A. Oqtay bildirib ki, iki gün öncə, gənclərlə iş birliyi quran beynəlxalq “Loesje” təşkilatının Finlandiyadakı şöbəsinin (“Loesje Suomi”)  adından məhz aprel ayında Ermənistanda təşkil ediləcək kurslara Finlandiyada təhsil alan azərbaycanlı və türk tələbələrin də dəvət edilməsi haqqında məlumat alıb. Tələbələrin elektron poçt ünvanlarına göndərilmiş dəvətdə diqqətçəkən məqamın bütün xərcin 70-100% ödənilməsi ilə bağlı olub. A.Oqtay deyib ki, məlumat daxil olduqdan dərhal sonra FAA həmin təşkilata etiraz məktubu ünvanlayıb. Məktubda ermənilərin türklərə olan nifrət və düşmənçilik mövqeyi təşkilat rəhbərinə  izah olunub. Həmçinin, ermənilərin Xocalıda törətdiyi soyqırım haqqında foto və videomateriallar “Loesje Suomi” təşkilatının rəhbəri Maria Nordlundə göndərilib. Bundan əlavə, FAA  2013-cü ilin fevralında Fransa parlamentində Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyevanın başına gələnləri əks etdirən materialları, 2013-cü ilin iyul ayında Moldova Ombudsmanı Aureliya Qriqoriuya Ermənistan parlamentindəki çıxışına görə bu günə qədər dünya erməniləri tərəfindən təhdidləri sübut edən sənədləri “Loesje Suomi” təşkilatına təqdim edərək fin gənclərinin Ermənistana getməsinin nə qədər təhlükəli olduğunu çatdırmağa çalışıb: “Azərbaycan və türk tələbələrinə göndərilən dəvət birbaşa onların həyatını təhlükə altında qoymaq deməkdir. Finlandiya Azərbaycanlıları Assosiasiyası olaraq biz gənclərimizi təhlükədən qoruyaraq buna qəti etirazımızı bildiririk. Məhz Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində bu cür təxribat xarakterli dəvətnamələrin tələbələrimizə göndərilməsinə etiraz edir və pisləyirik”. Tədbirdə iştirak edən Türkiyənin  Helsinkidəki səfiri Adnan Başağa  çıxış edərək türk  tarixinin bu acı və kədərli səhifəsini  daim diqqətdə saxlanılmasının vacibliyini bildirib. Finlandiyanın Tampere Universitetinin tibb fakültəsinin müəllimi, Doktor Minə Eray isə öz çıxışında erməniləri xərçəng xəstəliyinə bənzədərək, bəzən tibbin də yardım edə bilməyəcəyi xəstələrlə müqayisə edib. Xocalı Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş sərgidə Heydər Əliyev Fondu tərəfindən çap olunmuş Xocalı faciəsi haqqında kitablar, bröşürlar, faciəni əks etdirən fotoşəkillər və sənədli film nümayiş etdirilib. Sonda  Avropa və Finlandiya parlamentlərinə Xocalı soyqırımının  tanınması haqda müraciət qəbul olunub. Avropa parlamentlərinə ünvanlanan müraciət  eyni zamanda Finlandiyadakı xarici səfirliklərə də göndərilib.         ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb