• $ 1.7
  • € 2.0243
  • ₽ 0.022016
  • ₺ 0.039
  • £ 2.326

Xocalı qətliamının iştirakçısının vəziyyəti ağırlaşıb

Xocalı qətliamının iştirakçısının vəziyyəti ağırlaşıb
05.11.2020 10:34
1992-ci ildə Xocalıda dinc azərbaycanlılara qarşı vəhşiliklər edən Sasun Mikaelyan 20 gün əvvəl Azərbaycan Ordusu tərəfindən açılan atəş nəticəsində ağır yaralanıb. Ermənistanın "İravunk” qəzeti yazır ki, bel və ayaqlarından yaralanan Sasun Mikaelyanın üzərində iki dəfə əməliyyat aparılsa da səhhətində müsbət irəliləyişlər olmayıb. 

Anews.az "İravunk” qəzetinə istinadən bildirir ki, 19 oktyabr tarixində ağır yaralanan Mikaelyan bir neçə həftə İrəvandakı "Erebuni" xəstəxanasında müalicə aldıqdan sonra, dünən damar müayinəsi üçün 1 saylı klinikaya aparılıb.

Bildirilir ki, Mikaelyanın ayağındakı problem getdikcə ağırlaşır və hazırda koma vəziyyətindədir. 

Məlumat üçün bildirək ki, 1958-ci ildə anadan olan Sasun Mikaelyan birinci Qarabağ müharibəsi zamanı "Sasun” adlı terrorçu qruplaşma yaradaraq Azərbaycana qarşı döyüşüb.
 
Daha sonra Ermənistanda bələdiyyə sədri və millət vəkili olub. 2008-ci ildə Koçaryan hakimiyyətinə qarşı çıxdığı üçün həbs olunub. Sonuncu dəfə 2018-ci ildə Nikol Paşinyanın partiyasından deputat seçilib. Hazırda Ermənistan parlamentinin üzvüdür.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-ın Vitse-prezidentinin Azərbaycana səfəri dünya mediasının diqqətindədir
Siyasət 22:35
ABŞ-ın Vitse-prezidentinin Azərbaycana səfəri dünya mediasının diqqətindədir
Azərbaycan XİN Kanadaya başsağlığı verib
Siyasət 18:17
Azərbaycan XİN Kanadaya başsağlığı verib
Azərbaycan elektrik enerjisi ixracına hazırlaşır - Prezident
Siyasət 17:50
Azərbaycan elektrik enerjisi ixracına hazırlaşır - Prezident
Nazir: rəqəmsal iqtisadiyyat ənənəvi iqtisadiyyatı üstələyir
Texnologiya 17:33
Nazir: rəqəmsal iqtisadiyyat ənənəvi iqtisadiyyatı üstələyir
Prezident müşavirə keçirib - Yenilənib
Siyasət 17:26
Prezident müşavirə keçirib - Yenilənib
Bayramov Ərəb Parlamentinin prezidenti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Siyasət 17:15
Bayramov Ərəb Parlamentinin prezidenti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Məsud Pezeşkian Azərbaycana təşəkkür edib
Siyasət 13:11
Məsud Pezeşkian Azərbaycana təşəkkür edib

İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib
Siyasət 12:49
İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib
Vens xanımı ilə Şəhidlər Xiyabanını ziyarət edib
Siyasət 09:53
Vens xanımı ilə Şəhidlər Xiyabanını ziyarət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol