Xocalı Soyqırımını törədən və qəddarlığı ilə tanınan erməni general öldü

10:31 | 19.11.2020
Ermənistanda I Qarabağ savaşında iştirak etmiş erməni general Manvel Qriqoryan ölüb.

Anews.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, M.Qriqoryanın ölümünə səbəb onkoloji xəstəlik olub. 65 yaşında ölən generalın son hərbi əməliyyatlar başlayanda da Qarabağa yollandığı məlum olub. 20 oktyabrda vəziyyəti pisləşən M.Qriqoryan xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, "Qarabağ klanı" adlandırılan qruplaşmaya mənsub olunan general bir müddət Serj Sarkisyanın Ermənistan Respublika Partiyasından deputat da olub. I Qarabağ savaşında əli azərbaycanlıların qanına batan M.Qriqoryan Ermənistanda qəhrəman hesab olunurdu.
 

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM