Xocalıda kütləvi məzarlıqda tapılan bir nəfərin şəxsiyyəti müəyyənləşib

13:16 | 01.04.2024
Xocalıda kütləvi məzarlıqda tapılan bir nəfərin şəxsiyyəti müəyyənləşib

Xocalıda kütləvi məzarlıqda tapılan bir nəfərin şəxsiyyəti müəyyənləşib

Xocalıda kütləvi məzarlıqda tapılan daha bir nəfərin şəxsiyyəti müəyyənləşib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat yayıb.

"Bununla da, kütləvi məzarlıqda aşkar olunan insan qalıqlarından 10 nəfərin şəxsiyyəti müəyyən edilib.

(Xocalı rayon sakinləri)

1. Əliyev Ağaəli Naib oğlu (01.06.1933)

2. Əliyeva Sürəyya Behbud qızı (01.06.1933)

3. Mahmudov Akif Seydulla oğlu (01.06.1962)

4. Səlimov Xəzər Səyavuş oğlu (01.09.1974)

5. Səlimova Tamilla Ağamirzə qızı (01.06.1935)

6. Nəcəfov Şiraslan Məmiş oğlu (01.06.1952)

(Xankəndi şəhər sakinləri)

7. Cavadov Əli Müsül oğlu (15.06.1954)

8. İsmayılov İsmayıl Bəhman oğlu (01.08.1955)

9. Məhərrəmova Bəsirə Vəli qızı (01.06.1954)

10. Məhərrəmov Vaqif Cəmil oğlu (01.06.1951)

İstintaq materiallarına əsasən qeyd edilən şəxslərin hamısı 26.02.1992-ci il tarixdə Xocalı rayonu ərazisində itkin düşüb. 
Qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində aşkar edilmiş insan qalıqlarının müayinəsi zamanı onların 18 nəfər şəxsə məxsus olması (4 nəfərin azyaşlı olması ehtimal edilir), müxtəlif üsullarla işgəncə, fiziki zorakılıq və qeyri-insani rəftara məruz qalmaları, fərdi şəkildə və mənsub olduqları dinin tələblərinə uyğun qaydada dəfn olunmamaları, həmişə tapıla bilmələri üçün lazımi qaydada qorunmaları və nişanlanmalarının təmin olunmaması müəyyən edilib. Aşkar edilmiş insan qalıqları xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılıb", - məlumatda qeyd olunub.








www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM