Xocalıda təbiətə dəyən ziyanın aradan qaldırılması məqsədilə müvafiq işlər görülür. Bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib.
"Xocalıda aparılmış ekoloji terrorla bağlı qiymətləndirmə işləri aparılır. Təbiətə olan ziyanlar hesablanır. Əlbəttə ki, bundan sonra bərpa işləri aparılacaq, müvafiq qaydada müvafiq planlar təqdim olunacaq və bunun əsasında işlər aparılacaq. Geniş miqyaslı təşkilatlar, qurumlar müvafiq tədbirlər planı əsasında bu işləri davam etdirir. Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi də müxrəlif su layihələri, müvafiq bioloji, radioloji stansiyaların quraşdırılması, meşə-bərpa işləri və s. bütün istiqamətdə müvafiq işlər görülür", - Babayev fevralın 26-da Xocalı soyqırımı ilə bağlı "Ana haray" abidəsini ziyarət edərkən jurnalistlərin suallarına cavab verərkən qeyd edib.
2023-cü il noyabrın 28-də ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev Ermənistanın törətdiyi ekoloji terror nəticəsində işğal dövründə 54 min hektardan artıq meşə sahəsinin məhv edildiyini açıqlayıb.
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdə təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq 2022-ci il dekabrın 12-dən etibarən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində başladığı dinc etiraz aksiyası keçirilib.
1988-ci ilin noyabrında başlanan ekoloji terror nəticəsində 30 ilə yaxın işğal müddətində Topxanada minlərlə qiymətli ağac kəsilərək məhv edilib. 2021-ci il noyabrın 8-də 44 min ağac əkilməsi aksiyası çərçivəsində Prezident İlham Əliyev və Mehriban Əliyeva Cıdır düzündə ağac əkib.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !