Xocalının Əsgəran qəsəbəsindən Fotoreportaj/Video

Fevralın 8-i yerli və xarici media nümayəndələri Xocalının Əsgəran qəsəbəsini ziyarət ediblər. Bu barədə anews.az-ın əraziyə ezam olunmuş müxbiri xəbər verib.
Ziyarət zamanı Əsgəran qəsəbəsi qala divarları yaxınlığında kütləvi məzarlığın aşkarlandığı barədə məlumat verilib.
Əsgəran rayonu Qarabağda yerləşən Azərbaycan rayonlarından biridir. 26 noyabr 1991-ci ildə ləğv edilmiş və ərazisi sonradan yaradılan Xocalı rayonunun tərkibinə verilib. Rayon 1930-cu ilin avqustunda yaradılıb. 1978-ci ildə isə adı dəyişdirilərək Əsgəran rayonu adlanıb.
Əsgəran qalası Şuşadan 24, Xocalıdan isə 5 kilometr məsafədə yerləşir. Xocalı şəhəri 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra qala dağıntılara məruz qalıb.
2023-cü ilin sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra Əsgəran qalası azad edilib.
Aytac Zeynalova
www.anews.az

Xocalının Əsgəran qəsəbəsində fotoları və videonu təqdim edirik: