Xocalının kəndinə növbəti 21 ailə yola salınıb

08:39 | 27.12.2024
Xocalının kəndinə növbəti 21 ailə yola salınıb

Xocalının kəndinə növbəti 21 ailə yola salınıb

Dekabrın 27-də Xocalının Ballıca kəndinə 119 nəfər olmaqla 21 ailə yola salınıb. Bu barədə Qaçqınların və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsindən bilidirlib. 
 
Bununla da Ballıcaya köçürülənlərin sayı 271 nəfər olmaqla 48 ailə təşkil edib. 
 
Xocalının Ballıca kəndi 2023-cü il sentyabrin 19-20-də Qarabağda keçirilən lokal antiterror tədbirləri məticəsində Azərbaycan Ordusunun nəzarəti altına keçib.
 
Prezident İlham Əliyev oktyabrın 15-də Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Qarabağa Qayıdış Proqramı çərçivəsində 2026-ci ilə qədər Xocaıya əhalinin köçürülməsi nəzərdə tutulub. 
 
İkinci Qarabağ Müharibəsindən sonra 9306 nəfər olmaqla 2400 ailə işğaldan azad olmuş ərazilərə köçürülüb.
 
Son 4 ildə Qarabağın yenidənqurulmasına və bərpasına 22 milyard manata yaxın vəsait xərclənib. 
 
Növbəti il üçün proseslərin davamına 4 milyard manat ayrılması proqnozlaşdırılır.  

Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM