"Xocəsən" stansiyasında hərəkət bərpa edilib - YENİLƏNİB

18:16 | 01.03.2024

"Xocəsən" stansiyasında hərəkət bərpa edilib - YENİLƏNİB

Texniki cəhətdən nasaz qatar xətdən çıxarılaraq, Bakı metrosunun "Xocəsən-Avtovağzal" istiqamətində hərəkət tam bərpa olunub.Bu barədə "Bakı Metropoliteni” QSC-dən bildirilib.
 
Saat 18:00-da "Xocəsən" stansiyasının işi bərpa olunub və sərnişinlərin qəbuluna başlanılıb.
 
QSC baş vermiş nasazlıq səbəbilə yaranmış narahatlığa görə bir daha sərnişinlərdən üzr istəyir.
 
 16:54

"Xocəsən” stansiyasından "Avtovağzal” stansiyası istiqamətində hərəkətə başlayan qatarda texniki nasazlıq yarandığından stansiyaya giriş müvəqqəti məhdudlaşdırılıb. Bu barədə  "Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, bu səbəbdən sərnişinlərin "Xocəsən” elektrik deposu ərazisində olan qatardan təxliyə edilməsi zərurəti yaranıb.


"Təxliyə problemsiz başa çatdırılıb. Texniki problem aradan qaldırılana qədər "Xocəsən” stansiyasına sərnişinlərin girişi tam məhdudlaşdırılıb. Xocəsən” stansiyası istiqamətində hərəkət edən sərnişinlərdən xahiş olunur ki, nasazlıq aradan qaldırılana qədər alternativ nəqliyyat vasitələrindən istifadə etsinlər. "Avtovağzal” - "8 Noyabr” sahəsində qatarların hərəkəti qrafik üzrə normal qaydada təmin olunur. Qatarların "Xocəsən” stansiyası istiqamətində hərəkətinin bərpa edilməsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Baş vermiş nasazlıq səbəbilə yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyirik”, - məlumatda bildirilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM