Xocəsən-Lökbatan yolu təmir edilir - Şad xəbər

12:35 | 03.12.2013
Xocəsən-Lökbatan yolu təmir edilir - Şad xəbər

Xocəsən-Lökbatan yolu təmir edilir - Şad xəbər

Xocasən-Lökbatan yolunun yenidən qurulması layihəsi davam etdirilir. 

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat ximətindən ANN.Az-a verilən məlumata görə, başlanğıcını Bakı-Şamaxı yolunun Xocasən-Lökbatan yoluna birləşən hissəsindən götürməklə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 14-ci km-ə qədər uzanan yolun  uzunluğu 17,9 kilometrdir. 4 hərəkət zolağından ibarət olacaq yolda 1 ədəd yolötürücüsü, 4 ədəd bir səviyyəli dairəvi birləşmə, 1 ədəd bir səviyyəli geri dönmə, 1 ədəd piyada keçidi, müxtəlif diametrli dairəvi və düzbucaqlı boruların tikintisi nəzərdə tutulub. Artıq yolun 10,9 km-lik hissəsində işlər başa çatdırılıb.

 

Hazırda 7 km hissədə işlər davam etdirilir. Belə ki, Xocəsən istiqamətində 4 km məsafədə asfalt işləri başa çatdırılıb, 3 km hissədə isə torpaq yatağının tikintisi yekunlaşıb. Layihə üzrə tikinti işlərinin 2014-cü ildə başa çatdırılması planlaşdırılır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM