Xodorkovski Kadıorvın "müsəlmanların düşməni" ittihamına cavab verdi

16:58 | 09.01.2015
Xodorkovski Kadıorvın

Xodorkovski Kadıorvın "müsəlmanların düşməni" ittihamına cavab verdi

YUKOS şirkətinin sabiq rəhbəri onu "bütün müsəlmanların düşməni” və "şəxsi düşməni” elan edən Ramzan Kadırovun ittihamına cavab verib.

"Mən Vladimir Putinin sadiq tərəfdarının hədəsini eşitdim və nəzərə aldım. Mahiyyətinə görə onun ötən gün Parisdə baş verən terrorçuluq aktından heç bir fərqi yoxdur: onun məqsədi – qorxutmaq, səsindən məhrum etmək, sözün qarşısını almaqdır. Lakin mən dünən demişəm və bu gün təkrar edirəm: bizi qorxutmaq mümkün deyil. Biz müasir cəmiyyətin təməl dəyəri olan söz azadlığını müdafiə edəcəyik”, - Mixail Xodorkovski öz bloqunda bildirib.

Çeçenistan lideri mühacirətdə yaşayan sahibkarı Parisdə Charlie Hebdo satirik jurnalına hücumdan sonra jurnalistləri Məhəmməd peyğəmbərin karikaturalarını çəkmək barədə çağırışına görə tənqid edib.

"Jurnalistlər ləyaqətli cəmiyyətdirsə, sabah peyğəmbərin karikaturası olmayan heç bir nəşr çıxmamalıdır”, - deyərək Mixail Xodorkovski öz bloqunda yazıb.
"Parisdə baş verən qanlı hadisədən sonra o özünü Fransa prezidenti və baş nazirindən artıq fransız zənn edib. Gərginliyin artmasının qarşısının alınmasa yönələn addımların atıldığı və Fransa hakimiyyətinin araşdırma ilə məşğul olduğu bir vaxtda Xodorkovski Paris nəşrinin təcrübəsini təkrarlamağı və karikaturaların dərc edilməsini tələb edir”, - Kadırov "İnstagram” vasitəsilə reaksiyasında bildirib.

Parisdə Charlie Hebdo jurnalının redaksiyasına hücum edən silahlılar 12 nəfəri öldürdükdən sonra "Məhəmməd Peyğəmbərin qisasını aldıq" deyərək hadisə yerindən qaçıblar. Onlardan biri təslim olub, iki nəfərin axtarışı isə davam edir.

Çeçenistan lideri həmçinin deyib ki, İsveçrədə YUKOS-un sabiq rəhbərindən "izahat” tələb edən adamlar tapılacaq.

Mixail Xodorkovski "Kreml təbliğatçılarının” ona qarşı kampaniyaya başladığını deyib.

Onun sözlərinə görə, "hörmətli müsəlmanlar” ölümlərdən kədərlənir və onun dediklərini hərmrəylik çağırışına dəstək kimi qəbul edir.

Söz azadlığının milyonlarla müxtəlif səsdən ibarət olduğunu yazan Xodorkovski bildirir ki, həmin səslər çox zaman "məqbul... hesab etdiyimizə zidd şeyləri" deyə bilər.

Rusiyanın Müftilər Şurası və Rusiya Müsəlmanlarının Dini İdarəsi bundan əvvəl həm Parisdə baş verən hücumu, həm də ki "dindarların heysiyyatını təhqir cəhdlərini" pisləyib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM