Keçmiş YUKOS prezidenti Mixail Xodorkovski KİV-ə Məhəmməd peyğəmbərin karikaturalarını yayımlamaqla bağlı çağırış edib: "Sabah peyğəmbərin karikaturalarının yayımlanmadığı mətbuat orqanı qalmamalıdır".
ANN.Az-ın Lenta.ru-ya istinadən verdiyi xəbərə görə, Xodorkovski bu barədə çağırışı özünün "Tvitter" hesabında edib. Eyni zamanda keçmiş oliqarx Fransada öldürülən jurnalistlərin ailələrinə baş sağlığı verib.
Qeyd edək ki, dünən, 7 yanvar səhər radələrində "Charlie Hebdo" satirik jurnalının redaksiyasına hücum təşkil edilib. 3 silahlı kişi jurnalın redaksiyasına daxil olaraq, içəridəkiləri güllələyiblər. Nəticədə 12 nəfər öldürülüb, 10 nəfər yaralanıb. Öldürülənlərin arasında jurnalın baş redaktoru Stefan Şarbonye də var.
Terrorçular hadisəni törətdikdən sonra bölgədən uzaqlaşa biliblər. Hazırda polis onları axtarır. Parisdə terror təhdidiylə bağlı ən yüksək həyəcan təbili çalınıb.
Dünyanın bir çox ölkələrinin liderləri baş verən hadisəylə bağlı Fransaya baş sağlığı veriblər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !