İran İslam inqilabının lideri ayətullah Xomeyninin nəvəsi İslam İnqilabının Mühafizəçiləri Şurasına keçirilən seçkilərə buraxılmayıb.
Modern.az Qərb agentliklərinə istinadən xəbər verir ki, Hüseyn Xomeyninin dini bilgiləri onun şura üzvlüyünə namizəd olmağa kifayət etməyib.
Namizədlərin tam siyahısının fevralın 16-da dərc olunacağı bildirilir. İslam İnqilabının Mühafizəçiləri Şurası ölkənin ali dini liderini seçən başlıca orqandır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !