Xorasan – İŞİD-ı terror qrupunu geridə qoydu

23:24 | 06.11.2014
Xorasan – İŞİD-ı terror qrupunu geridə qoydu

Xorasan – İŞİD-ı terror qrupunu geridə qoydu

ABŞ təyyarələri Suriyada Xorasan təşkilatına aid hədəfləri vurub.

ANN.Az Modern.az-a istinadən xəbər verir ki, ABŞ bu təşkilatın “əl-Qaidə” ilə bağlı Nusra cəbhəsi içində təşkilatlandığını və “İraq Şam İslam Dövləti”ndən (İŞİD) daha təhlükəli olduğunu düşünür. Məlumatda qeyd edilir ki, sentyabr ayında yenə Xorasan təşkilatının Hələb şəhərindəki iki mövqeyi vurulub.

Bu təşkilat Suriyada Nusra cəbhəsi daxilində yerləşmiş vəziyyətdə və eynilə Nusra cəbhəsi kimi “əl-Qaidə” lideri Eymən əl-Zəvahiri tərəfindən istiqamətləndirilir. Adamlarının böyük əksəriyyəti Əfganistan, Pakistan, Qafqaz və Afrika ölkələrindən gəlir. Küveytli Möhsün əl -Fadhli tərəfindən idarə olunduğu hesab edilən təşkilat Avropadan da yaraqlı tapmağa çalışır.

ABŞ rəhbərləri mətbuata verdikləri bəyanatlarda bu təşkilatın İŞİD-dən daha təhlükəli olduğunu iddia edirlər. Çünki çox adamı olmayan bu təşkilat Suriyadakı müharibədən çox ABŞ və Qərb qüvvələrini hədəf alır və buralarda terror aksiyaları keçirməyi planlaşdırır.  ABŞ Fadhlinin 11 sentyabr hücumlarını əvvəlcədən bilən və “əl-Qaidə”nin öldürülən lideri Üsamə bin Laden ilə yaxın bir neçə nəfərdən biri olduğunu bəyan edir.  

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM