Xorvatiya 1/8 finala yüksəldi - YENİLƏNİB

21:35 | 01.12.2022
Xorvatiya millisi dünya çempionatında 1/8 finala vəsiqə qazanıb.
 
F qrupunun III turunda Belçika ilə qolsuz heç-heçə edən Zlatko Daliçin rəhbərlik etdiyi kollektiv xallarını 5-ə çatdıraraq, ikinci yerin sahibi kimi növbəti mərhələyə adlayıb.
 
4 xalı olan Belçika isə mundialla vidalaşıb.
 
***
19:04
 
Dünya çempionatında Xorvatiya və Belçika yığmaları arasında F qrupunun III tur oyunu başlayıb.
 
Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.
 
Komandalar meydana aşağıdakı "11-liklər"lə çıxıblar:
 
Xorvatiya: Dominik Livakoviç, Yosip Yuranoviç, Deyan Lovren, Yosko Qvardiol, Borna Sosa, Luka Modriç, Marselo Brozoviç, Mateo Kovaçiç, İvan Perişiç, Marko Livaya, Andrey Kramariç
 
Belçika: Tibo Kurtua, Tobi Alderveyreld, Yan Vertongen, Timoti Kastan, Aksel Vitsel, Leander Dendonker, Yannik Karrasko, Kevin De Brüyne, Leandro Trossard, Dris Mertens, Toma Mönye(modern)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb