Xorvatiyanın Bakıda viza mərkəzi fəaliyyətə başladı

13:11 | 03.09.2015
Xorvatiyanın Bakıda viza mərkəzi fəaliyyətə başladı

Xorvatiyanın Bakıda viza mərkəzi fəaliyyətə başladı

Azərbaycan vətəndaşları Xorvatiyaya getmək Bakıda fəaliyyətə başlayan viza mərkəzinə müraciə edə bilərlər.

 "Report"un məlumatına görə, bu barədə Xorvatiya Respublikasının Türkiyədəki səfirliyindən Azərbaycan Xarici İşlər Nazirliyinə daxil olmuş notada qeyd edilir. 

"Xorvatiya ilə "VFS Global” beynəlxalq şirkəti arasında əldə olunmuş razılaşmaya əsasən, 31 iyul 2015-ci il tarixindən etibarən sözügedən şirkətin Bakı şəhərində fəaliyyətə başlayan mərkəzi (http://www.vfsglobal.com/croatia/azerbaijan/) Azərbaycan Respublikası vətəndaşları və ölkəmizdə qanuni əsaslarla yaşayan üçüncü ölkə vətəndaşlarından Xorvatiya üzrə təkkeçidli vizalarla bağlı müraciətlərin qəbuluna başladığı barəsində məlumat verilir. Notada vətəndaşların qeyd olunan mərkəzin xidmətlərindən istifadə etməklə yanaşı, müraciətlərini Xorvatiya Respublikasının Ankara şəhərindəki diplomatik nümayəndəliyinə də ünvanlaya biləcəkləri qeyd olunur" - XİN-dən bildirilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM