Xoşbəxt Yusifzadə: “60 dollar aşağı qiymət deyil”

14:00 | 11.03.2015
Xoşbəxt Yusifzadə: “60 dollar aşağı qiymət deyil”

Xoşbəxt Yusifzadə: “60 dollar aşağı qiymət deyil”

Dövlət Neft Şirkətinin (ARDNŞ) 1-ci vitse-prezidenti Xoşbəxt Yusifzadə dünya bazarında neftin ucuzlaşmasında münasibət bildirib.
 
Fins.az-ın məlumatına görə, ARDNŞ rəsmisi deyib ki,  1994-cü ildə "Əsrin müqaviləsi" imzalananda neftin bir barelinin qiyməti 16 dollar olub: "Sonradan qiymət 100 dollara qədər artdı. Yəni, bu rəqəm sabit deyil, gah qalxır, gah da düşür. Bu gün neftin bir barreli 60 dollaradır, bu, elə də aşağı qiymət deyil".
 
Onun sözlərinə görə, qiymətin aşağı düşməsi ilə əlaqədar ARDNŞ bəzi xərclərini azalda bilər, amma icra olunan layihələr dayandırılmayacaq.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM