Xoşbulaq kəndində gizli işləyən 4 yeməkxana aşkarlanıb

15:19 | 29.11.2020
Xoşbulaq kəndində gizli işləyən 4 yeməkxana aşkarlanıb

Xoşbulaq kəndində gizli işləyən 4 yeməkxana aşkarlanıb

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Daşkəsən rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Anews.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Xoşbulaq kəndi ərazisində gizli şəkildə fəaliyyət göstərən 4 yeməkxana aşkarlayıb.

Obyekt sahibləri - Rövşən Məmmədov, Teymur Abbasov, Rəşad İbrahimov və Cəlaləddin Rzayev Polis Şöbəsinə gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb.

Davam etdirilən tədbirlər zamanı rayonun Yuxarı Daşkəsən kəndində də xüsusi karantin rejiminin tələblərinə zid olaraq fəaliyyət göstərən çayxana aşkarlanıb. Polis əməkdaşları dərhal obyektin fəaliyyətini dayandıraraq çayxana sahibi, Seymur Hüseynovu Polis Şöbəsinə gətirib və barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM