• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

Xoşqədəm Hidayətqızı məsuliyyətə cəlb oluna bilər – RƏSMİ AÇIQLAMA

Xoşqədəm Hidayətqızı məsuliyyətə cəlb oluna bilər – RƏSMİ AÇIQLAMA
11.01.2020 14:02
Bu il yanvarın 1-dən "Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun qüvvəyə minib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov Ayna.az-a uşaq hüquqlarının qorunmasına söykənən qanunun tənzimlənməsindən danışıb.

Onun sözlərinə görə, həmin qanunun mexanizmləri hazırlanıb:
"Qanunda normalar qeyd olunsa da, tənzimlənmə yox idi. Nazirlər Kabinetinin qərarı və təsdiqini gözləyirik. Bir neçə qurumla yanaşı, biz də öz sənədlərimizi təqdim etmişik. Fevral ayından biz öz təlimlərimizə start veririk, rəsmi təlimatları əldə etdikdən sonra isə konkret işlərə başlayacağıq. Bəli, telekanallardakı verilişlərə qanundan çıxış edərək tələblər qoya bilərik, hətta onların birdəfəlik yığışdırılması məsələsi də gündəmə gəlməlidir”.

Komitə rəsmisi əlavə edib ki, dəfələrlə rəsmi qurumun təkidi ilə daha çox tamaşaçının zərərinə işləyən verilişlərin bağlanmasına nail olunub:
"Təəssüf ki, həmin verilişlər yeni adla başqa kanalda yayımlanmaqda davam edir. Bəzi məsələlər var ki, bizim səlahiyyətlərimiz daxilində deyil. Ona görə qeyd olunan qanunla bağlı təlimatlar təsdiqini tapdıqdan sonra baryer ortadan qalxacaq və biz daha ciddi şəkildə tələblər qoya biləcəyik”.
E.Səfərov Tovuzda baş verən Nərmin Quliyeva cinayətinə də toxunub:
"Elə itmiş uşağın meyitinin dəhşətli formada ortaya çıxmasında məlum televerilişin rolu var. Bu veriliş əməliyyat-axtarış prosesinə mane olub, məhz o verilişdən sonra meyitin tapılması hər kəsdə təəssüf doğurdu. Hətta burada inzibati qaydada məsuliyyət də yarana bilər.

Vurğulayım ki, tezliklə uşaq hüquqlarını pozan, zorakılıqla bağlı olan televerilişlərin, hər hansı informasiya xarakterli məhsullarla bağlı prosesə başlanacaq, səbəbkarların məsuliyyətə cəlb olunması üçün ciddi tədbirlər görəcəyik”.

"Komitə Nərminin itməsi ilə bağlı xəbərin ardından dərhal fəaliyyətə başlayıb. Nərmin noyabrın 21-də yoxa çıxdı, səhəri Tovuz rayonunda monitorinq komissiyamız işləməyə başladı, amma biz araşdırma bitməmiş öz işimizi görə bilmirik.

Qeyd etməliyəm ki, həmin ailədə hazırda başqa uşaq da var, o uşağın təhlükəsizliyi və psixoloji vəziyyəti üçün bir müddət ailədən alınması məsələsi də gündəmdədir. Təəssüf ki, baş verən cinayət çoxunda suallar doğurur. Ortada məsuliyyətsizlik, səhlənkarlıq var”, - deyə Komitə rəsmisi vurğulayıb.

Xatırladaq ki, "Xəzər” TV-də efirə gedən "Səni axtarıram” verilişində N.Quliyeva ilə bağlı bir sıra süjetlər yayımlanıb. Həmin verilişlərdən birində itkin qızın anası "Heç olmasa, övladımın ölüsünü verin” müraciətini edib. Daha sonra 10 yaşlı qızın yandırılmış meyiti aşkarlanıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bəzi rayonlara qar yağıb - Faktiki hava
Cəmiyyət 10:00
Bəzi rayonlara qar yağıb - Faktiki hava
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatar tərkiblərinə keçid edilib
Cəmiyyət 09:46
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatar tərkiblərinə keçid edilib
Tramp: ABŞ ordusu Nigeriyada İŞİD-ə qarşı zərbələr endirib
Cəmiyyət 09:28
Tramp: ABŞ ordusu Nigeriyada İŞİD-ə qarşı zərbələr endirib
Astara Gömrüyündə İrandan Rusiyaya tranzit edilən yükdə 148 kiloqramdan çox narkotik aşkarlanıb
Cəmiyyət 09:20
Astara Gömrüyündə İrandan Rusiyaya tranzit edilən yükdə 148 kiloqramdan çox narkotik aşkarlanıb
Sumqayıtda avtomobil yanıb
Cəmiyyət 23:17
Sumqayıtda avtomobil yanıb
Azərbaycan səfirliyi Peruda aztəminatlı ailələrin uşaqlarına bayram hədiyyələri verib
Cəmiyyət 23:13
Azərbaycan səfirliyi Peruda aztəminatlı ailələrin uşaqlarına bayram hədiyyələri verib
Balakəndə orta məktəb binasında yanğın olub
Cəmiyyət 23:08
Balakəndə orta məktəb binasında yanğın olub
Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib
Cəmiyyət 20:47
Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib
Saleh Səmədovun həbs müddəti uzadılıb
Cəmiyyət 20:20
Saleh Səmədovun həbs müddəti uzadılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol