Xoşqədəm Suriyadakı hadisələrdən danışdı - VİDEO

13:29 | 30.05.2014
Xoşqədəm Suriyadakı hadisələrdən danışdı - VİDEO

Xoşqədəm Suriyadakı hadisələrdən danışdı - VİDEO

Suriyada yaralandığı haqda xəbərlər yayılan teleaparıcı Xoşqədəm Hidayətqızı “ATV”də yayımlanan “ATV Səhər” proqramının qonağı olub. “Qafqazinfo”nun məlumatına görə, teleaparıcı Suriyada başına gələn hadisilərdən danışıb:“Mənim üçün narahat olan və olmayan hər kəsi salamlayıram. Orada olduğum üç gün müddətində gözləmədiyim insanlar mənə zəng etdilər. Özümü güclü hiss etdim, onsuz da güclüyəm, güclü olmayan müharibənin mərkəzinə gedə bilməz. Suriyaya döyüşün getdiyi yerlərə gedib müsahibə götürmək risk idi. Anam bu məlumatları eşidib xəstələnəndə getdiyimə peşman oldum. Yalana nifrət edirəm. Qaynar nöqtələrdə dəfələrlə olmuşam, ilk dəfə deyil ki, müharibəyə gedirəm. Reklama ehtiyacım yoxdur. İnsanlar necədir, qarşısındakını elə başa düşür. Hər bir jurnalistin arzusudur bioqrafiyasında belə bir iş yazılsın. Üç gün yatmadıq, maraqlı faktlar toplamaq istəyirdiq. Orada hər an bombadı, hər yer atışmadı. Ora cəhənnəmdir. Orada olduğum müddətdə adımdan saxta profillər yaradıblar. O insanlar heç Suriyada baş verənlərin fotolarını belə görməyiblər, amma danışırlar. Müharibə insanı robota çevrilir, ölüm orada adiləşib”.Həmin kadrları təqdim edirik:

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM