• $
  • €
  • ₽
  • ₺
  • £

Xoyda zəlzələ nəticəsində ziyan dəyən binaların sayı açıqlanıb

Xoyda zəlzələ nəticəsində ziyan dəyən binaların sayı açıqlanıb
23.01.2023 12:10
Xoy mahalında baş verən zəlzələ nəticəsində 2100 evə zərər dəyib. Bu barədə Qərbi Azərbaycan əyalətinin Mənzil Fondunun baş direktoru Cəfər Bərzgər məlumat verib.
 
ABŞ-ın Geoloji Araşdırmalar Mərkəzi günortadan sonra saat 1:38-də baş verən zəlzələnin 5.8 bal, İran agentlikləri isə 5.4 bal gücündə olduğunu yazıb.
 
Məlumata görə, 138 evin tamamilə istifadəyə yararsız vəziyyətə düşdüyünü açıqlayıb.

Yanvarın 18-i yerli vaxtla saat 13:19 və 13:38 dəqiqədə qeydə alınan zəlzələ yerin 12 kilometr dərinliyində baş verib.

Soyuq havada çöldə və çadırlarda qalmağa məcbur olan xoylular, rəsmi iddiaların əksinə olaraq Qızıl Aypara Cəmiyyəti və başqa dövlət qurumlarının onlara yardım etmədiklərini bildirirlər.

Sosial mediada paylaşım edən və vəziyyətləri ilə bağlı videolar paylaşan vətəndaşlar yardımla bağlı rəsmi mediada yayılan məlumatların həqiqəti əks etdirmədiyini qeyd edirlər.
 
Zəlzələ nəticəsində 17 kənddə təqribən 500 yaşayış vahidinə ziyan dəydiyi bildirilib.

Zəlzələnin Təbriz də daxil olmaqla, yaxın şəhərlərdə də hiss edildiyini qeyd ediblər.
 
Aytac Zeynalova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Dünya 22:42
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 4 hərbçi həlak olub
Dünya 21:04
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 4 hərbçi həlak olub
Kubanıçbek Ömüralıyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
Dünya 19:28
Kubanıçbek Ömüralıyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
Ekspert: ABŞ-da yaşayış xərclərinin artması kütləvi etirazlara səbəb ola bilər
Dünya 16:23
Ekspert: ABŞ-da yaşayış xərclərinin artması kütləvi etirazlara səbəb ola bilər
Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək
Dünya 13:15
Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək
Qazaxıstanda “Samruk-Kazına” və “Qazaxıstan Dəmir Yolları”nın rəhbərləri saxlanılıb
Dünya 11:42
Qazaxıstanda “Samruk-Kazına” və “Qazaxıstan Dəmir Yolları”nın rəhbərləri saxlanılıb
Nyu-Yorkda bina çöküb - Ölənlər var
Dünya 09:59
Nyu-Yorkda bina çöküb - Ölənlər var
ABŞ İranın Xəzər dənizi vasitəsilə hərbi daşımalarının qarşısını alır
Dünya 04:29
ABŞ İranın Xəzər dənizi vasitəsilə hərbi daşımalarının qarşısını alır
İtaliyada 6 300 məktəbə bomba xəbərdarlığı göndərilib
Dünya 23:46
İtaliyada 6 300 məktəbə bomba xəbərdarlığı göndərilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol