Xırdalanda yaşayış binasında YANĞIN - VİDEO

21:12 | 12.12.2013
Xırdalanda yaşayış binasında YANĞIN - VİDEO

Xırdalanda yaşayış binasında YANĞIN - VİDEO

Bu axşam Abşeron rayonunun Xırdalan şəhərində yanğın hadisəsi baş verib. APA TV-nin məlumatına görə, güclü yanğın Xırdalanın 28-ci məhəlləsindəki çoxmərtəbəli yaşayış binasında meydana gəlib. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb olunublar. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Abşeron Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, hadisə yerinə 5 yanğınsöndürən maşın cəlb edilib. Güclü külək nəticəsində yanğın binanın dam örtüyünə keçib. Binada yaşayanlar təxliyə ediliblər. Fövqəladə Hallar Nazirliyi də yanğınla bağlı məlumat yayıb. Nazirliyin saytında yerləşdirilən məlumata görə, yanğın 13 mərtəbəli yaşayış binasının çardağında  baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları hadisə yerinə cəlb edilib. Nazirliyin xilasediciləri vətəndaşları təhlükəsiz əraziyə təxliyə edib və təhlükəsizlik tədbirləri görüblər. Saat 19.30 radələrində yanğının qarşısını almaq mümkün olub. İlkin məlumatlara görə, binanın yuxarı mərtəbəsində 3 mənzilə ciddi ziyan dəyib. 

Yanğının başvermə səbəbləri araşdırılır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM