"Report”un xəbərinə görə, Daxili Qoşunların xüsusi təyinatlıları Murovdağ, Kəlbəcər, Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Şuşa döyüşlərində bir çox igidliklər göstəriblər.
"Report”un əməkdaşı N.Məmmədov ilə söhbət aparıb. O, 44 günlük Vətən müharibəsində qazanılmış qələbədən, Şuşa döyüşlərindən danışıb:
Qeyd edək ki, N.Məmmədov 1983-cü ildə Qərbi Azərbaycanın Uluxanlı kəndində anadan olub. 2008-ci ildən DİN Daxili Qoşunlarının XTD-də xidmətə başlayıb. Bir müddət sonra zabit olmaq üçün Daxili Qoşunların orta ixtisas hərbi məktəbində təhsil alıb. N.Məmmədov həmin məktəbi fərqlənmə diplomu ilə bitirib və Daxili Qoşunlarda müxtəlif vəzifələrdə çalışıb.
N.Məmmədov Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Qarabağ” ordeni, "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalları ilə təltif edilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !