"Hərəkətinə icazə verilməyən nəqliyyat vasitələrinin müəyyənləşməsi xüsusi qaydada aparılacaq”.
Oxu.Az xəbər verir ki, bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev ATV telekanalında yayımlanan "ATV Qərargah” verilişində çıxışı zamanı deyib.
"İyunun 6-sı saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi yenidən sərtləşdiriləcək. Bu müddət ərzində yalnız fəaliyyətinə icazə verilmiş qurumların işçilərinin hərəkətinə icazə veriləcək. Ola bilsin ki, nəqliyyat vasitələri ilə yola çıxan şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məsələsi xüsusi texniki vasitələrin köməyi ilə müəyyən olunacaq. Bu əvvəlki qaydada SMS vasitəsi və ya "icazegov.az” portalında kiminsə adının olması ilə bağlı olmayacaq. Çox məhdud sayda şəxslərin nəqliyyat vasitəsilə hərəkətinə icazə veriləcək.
Həmin nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları xüsusi qaydada qeydiyyata alınacaq və yalnız onlar inzibati qaydada cərimə olunmayacaq. İyunun 6-dan 8-dək qeyd olunan saata qədər nəqliyyat vasitəsi ilə hərəkətinə icazə verilməyən digər şəxslər xüsusi texniki avadanlıqlar vasitəsilə aşkar ediləcək. Vətəndaşlar fikirləşməsin ki, ərazidə polis yoxdur və bizi cərimələyən olmayacaq. Öncədən bu barədə vətəndaşlara xəbərdarlıq edirik.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !