Xüsusi karantin rejimi uzadılıb

12:33 | 27.12.2024
Xüsusi karantin rejimi uzadılıb

Xüsusi karantin rejimi uzadılıb

Azərbaycanda xüsusi karantin rejimi 2025-ci ilin aprelin 1-nə kimi uzadılıb. Bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb. 
 
Hazırda karantin qaydalarında yalnız quru sərəhədlərin bağlı qalması daxildir. 
 
Ölkə Prezidenti bir neçə gün öncə Milli Məclisdə çıxışı zamanı bildirib ki, Azərbaycanda quru sərhədlərin bağlı olması ölkəni bir çox böyük fəalkətlərdən qoruyub. 
 
Koronavirus pandemiyasının yenidən yayılması məsələsi son zamanların aktual mövzudur. Bir çox alimlər hesab edir ki, koronavirusun yeni növü bir neçə aya sürətlə bütün dünyaya yayılacaq. Hazırda Azərbaycanda koronavirusun omirkon ştampı mövcuddur. 
 
Gülnar 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM