Ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejimi ilə
əlaqədar Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla küçə və
prospektlərdə quraşdırılmış xüsusi polis postları iyul ayının 2-dən ləğv
ediləcək. Buna səbəb şəhərdaxili yollarda avtonəqliyyatın hərəkətinin
intensivliyini təmin etmək, sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarətə
daha çox əməkdaşın cəlb edilməsidir.
Bundan sonra şəhərdəki bütün qapalı məkanlarda
vətəndaşlarımızın karantin rejimindən irəli gələn tələblərə, xüsusilə tibbi
maskadan istifadə və sosial məsafənin gözlənilməsinə mütləq qaydada riayət
etmələrinə nəzarət daha da gücləndiriləcək.
Küçə və prospektlərdə, eləcə də şəhərdaxili
məhəllələrdə piyada patrul naryadlarının sayı artırılacaq, nəqliyyat
vasitələrinin hərəkətinə müvafiq icazənin olub-olmaması isə videomüşahidə
kameraları ilə müəyyən ediləcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !